Page 152 - Islamic Studies 02
P. 152

150) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Uşaqlara yalan danışmaq
               Yalan  danışmaq  islamda  böyük  günahlardan  sayılır.  Bəzi
               valideynlər uşaqlarını yola gətirmək üçün müxtəlif üsullara, o
               cümlədən  yalana  əl  atır  və  bunu  “günahsız”  yalan  hesab
               edirlər.  Lakin,  kiçik  yaşlardan  uşaqları  aldatmaq  və  onlara
               yalanı təlqin etmək onların yalançı və riyakar olmasına gətirib
               çıxara  bilər.  Çünki,  övlad  üçün  ən  gözəl  nümunə

               valideynlərdir. Uşaq evin aynası olduğu üçün, yalanları da əks
               etdirir. Abdullah ibn Amrın (Allah ondan razı olsun) rəvayət
               etdiyi  bir  hədisdə  deyilir:  “Hələ  mən  uşaq  ikən  Peyğəmbər
               (Allahın ona salavat və salamı olsun) bizim evimizə gəlmişdi.
               Mən  bayırda  oynayırdım  və  anam  məni  səsləyərək  “Ay
               Abdullah,  bura  gəl  sənə  bir  şey  verəcəm”  –  dedi.  Allahın
               Rəsulu (Allahın ona salavat və salamı olsun) soruşdu: “Ona nə
               vermək  istəyirsən  ki?  Anam  dedi:  “Xurma.”  O  (Allahın  ona
               salavat  və  salamı  olsun),  dedi:  “Əgər  ona  bir  şey  vermək
               niyyətin olmasa idi, bu  əməlin sənin əleyhinə bir yalan kimi
               yazılacaq idi” (Əhməd, Əbi Davud rəvayət etmişdir).

               Uşaqlara çox irad tutmaq
               Bəzən  özümüz  də  bunun  fərqinə  varmadan  səbəbli-səbəbsiz
               uşaqlarımızı  hər  şeydə  qınayır,  hər  xırda  məsələ  ucbatından
               onlara irad tutur, yerli-yersiz danlayırıq. Bu cür davranışımızın
               nəticəsi olaraq övladlarımız çoxsayslı komplekslərdən əziyyət
               çəkə, özünəinam hissləri zəifləyə bilər. Ənəs (Allah ondan razı
               olsun)  rəvayət  edir  ki,  Rəsulullaha  (Allahın  ona  salavat  və
               salamı olsun) 10 il xidmət etdim. Bir dəfə də olsun mənə “uf”
               demədi,  üstümə  qışqırmadı. Etdiyim  bir  işdən  ötrü  “nə  üçün
               onu  etdin”,  etmədiyim  bir  işdən  ötrü  də  “nə  üçün  bu  işi
               etmədin” deyə demədi (Başqa rəvayətdə: Əgər xanımlarından
               biri məni qınamış olsaydı ona: “Onu buraxın. Çünkü nə təqdir
   147   148   149   150   151   152   153   154   155   156   157