Page 151 - Islamic Studies 02
P. 151

Qurani-Kərimdə  övlad tərbiyəsi metodları ./ (149


               övladları  onlara  mane  oldu.  Onlar  o  həzrətin  hüzuruna
               gəldikdə,  camaatın  dinşünas  olduğunu  görüb,  onları
               cəzalandırmaq istədikdə, mütəal Allah bu ayəni nazil etdi: “Ey
               iman gətirənlər, şübhəsiz ki, zövcələrinizdən və övladınızdan
               sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin!”          [9]
                      5. Övladlar arasında ədalət:
               Peyğəmbəri-Əkrəm  (s)  buyurmuşdur:  “Övladlarınıza  hədiyyə
               verməkdə  ədaləti  gözləyin.  Əgər  bir  kəsi  üstün  tutmaq
               istəsəydim, şübhəsiz, qadınları üstün tutardım.”

               Uşaqlara sevgi
               Uşaqların  mayası  sevgi  ilə  yoğrulmalı  və  onlar  sevgi  və
               hörmət  dolu  bir  mühitdə  tərbiyə  edilməlidirlər.  Bu,  onların
               qəlbinin  yumşaq  qalmasına,  cəmiyyətin  digər  üzvlərinə  qarşı
               da hörmət və sevgi ilə yanaşmalarına və böyüdükdə bunu öz
               övladlarına da təlqin etmələrinə səbəb olar. Hörmət edilməyən
               uşaqdan  hörmət,  sevgi  göstərilməyən  uşaqdan  da  sevgi
               gözləmək  qəlizdir.  Sevgi,  mərhəmət  və  şəfqət  dini  olan
               İslamda  övlada  sevgi  rəhmətdən  sayılır. Əbu  Hureyra  (Allah
               ondan  razı  olsun)  rəvayət  edir  ki,  Peyğəmbər  (Allahın  ona
               salavat  və  salamı  olsun)  Həsən  ibn  Əlini  (Allah  ondan  razı
               olsun) öpdü. Bu vaxt Əqra ibn Habis (Allah ondan razı olsun)
               onun  yanında  otur¬muş¬du.  Əqra  (Allah  ondan  razı  olsun)
               dedi:  “Mənim  on  övladım  var,  onlardan  heç  birini
               öp¬məmişəm”.  Peyğəmbər  (Allahın  ona  salavat  və  salamı
               olsun)  ona  baxıb  dedi:  “Rəhm  etməyən  kimsəyə  rəhm
               edilməz” (Buxari (5651) və Muslim (2318)).
               Səhih  mənbələrə  görə,  Muhamməd  Peyğəmbər  (Allahın  ona
               salavat  və  salamı  olsun)  uşaqların  əlindən  tutduqda,  uşaqlar
               özləri onun əlini buraxmadıqca onların əlini buraxmazmış.
   146   147   148   149   150   151   152   153   154   155   156