Page 150 - Islamic Studies 02
P. 150

148) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               “Peyğəmbəri-Əkrəm  (s)  kimi  öz  əhli-əyalına  qarşı  mehriban
               olduğunu heç kimdə görmədim.
               İbrahim (Peyğəmbərin (s) oğlu) Mədinənin Əvali adlı yuxarı
               məntəqəsində  bir  dayəsi  var  idi.  Peyğəmbər  (s)  həmişə  ora
               gedər və biz də onunla birgə olardıq. Həzrət evə daxil olurdu.
               Kölə  olan  dayə  evi  ətirləyərdi.  Peyğəmbər  (s)  İbrahimi
               qucağına alıb, öpdükdən sonra geri qayıdardı.

               Əmr  deyir:  İbrahim  dünyadan  getdiyi  zaman  Peyğəmbəri-
               Əkrəm (s) buyurdu: İbrahim mənim övladımdır, südəmər ikən
               ölsə  də,  behiştdə  iki  dayəsi  olacaq  ki,  südəmmə  müddətini
               təkmil edəcəklər.”   [5]
               3. Uşaqlara salam vermək:
               “Kənzül-ümmal” kitabında Ənəsdən belə nəql olunur:
               “Peyğəmbəri-Əkrəm  (s)  uşaqların  yanından  keçərkən  onlara
               salam verirdi.”   [6]
               4. Övladlara məhəbbət haqda:
               “Qurani-Kərim”də buyurulur:
               “Ey  iman  gətirənlər,  nə  mal-dövlətiniz,  nə  də  oğul-uşağınız
               sizi  Allahın  zikrindən  yayındırmasın!  Hər  kəs  bunu  etsə
               (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.”       [7]
               Başqa bir ayədə belə buyurulur:
               “Ey  iman  gətirənlər,  şübhəsiz  ki,  zövcələrinizdən  və
               övladınızdan  sizə  düşmən  olanlar  vardır.  Onlardan  özünüzü
               gözləyin!  Amma  onları  əfv  etsəniz,  (təqsirlərindən)  keçsəniz
               və  bağışlasanız  (daha  yaxşı  olar).  Çünki  Allah  bağışlayan,
               rəhm edəndir!”    [8]
               Termizinin “Sünən” kitabında İbn Abbsdan belə nəql olunur:
               “Bir  nəfər  İbn  Abbasdan  “Ey  iman  gətirənlər,  şübhəsiz  ki,
               zövcələrinizdən  və  övladınızdan  sizə  düşmən  olanlar  vardır.
               Onlardan özünüzü gözləyin!” – ayəsi haqda soruşduqda, dedi:
               “Onlar bir qrup məkkəlilər idi ki, İslamı qəbul etdikdən sonra
               Peyğəmbərin  (s)  hüzuruna  gəlmək  istədikdə,  zövcələri  və
   145   146   147   148   149   150   151   152   153   154   155