Page 238 - Islamic Studies 02
P. 238
236) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
İmanın mübəlliğin həyatında və dini təbliğindəki rolu
İman və onun haqda bəhs etdiyimiz məsələləri göz ünündə
canlandıraraq, onun dini təbliğdəki roluna daha dəqiq və ətraflı
şəkildə agah ola bilərik. Sözsüz ki, mübəlliğ dini təbliğin əsas
rükn və bünövrələrindən biridir. Buna görə də, imanın dini
təbliğdəki rolunu bəhs etdiyimiz zaman, onun mübəlliğin şəxsi
həyatında, xüsusiyyətlərində qoyduğu təsirlərdən də söhbət
açmalıyıq. Deməli imanın dini maarifləndirmədəki rolunu,
imanın müşəlliğin həyatındakı rolu ilə birgə bəhs etmək, daha
dəqiq nəticə əldə etməyimizə səbə olacaqdır.
İmanın mübəlliğin həyatında və dini təbliğindəki rolu
aşağıdakılardan ibarətdir:
Allaha təvəkkül edir
Qurani-Kərimdə buyurulur: «Ey iman gətirənlər!
Düşmənlərdən bir dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və
1
Allahı çox yad edin, bəlkə nicat tapasınız.»
Dini maarifləndirmə ilə məşğul olan şəxs, həyatının hər bir
sahəsində, xüsusilə də bu çətin vəzifəni icra etdiyi zaman,
imanla Allaha təvəkkül etməlidir. Bu, istər təbliğ zamanı
üzləşdiyi çətinliklər: o cümlədən maddi-məişət problemləri
yaxud insanların inadkarlığı və yaxud da rəqiblərin əks
mübarizəsi qarşısında dözümlü, iradəli olmaq üşün, istərsə də,
daha sürətli və keyfiyyətli müvəffəqiyyətə çatmaq üçün olsun,
çox önəmlidir.
Müqəddəs kitabımızda oxuyuruq: «Bəndələrim səndən
Mənim barəmdə soruşduqda (söylə ki,): Mən onlara yaxınam
və Məni çağıran kəsin duasına cavab verərəm. Gərək onlar
da Mənim çağırışıma cavab versinlər və doğru yolu tapmaq
2
üçün Mənə iman gətirsinlər.»
1 - Ənfal/45
2 - Bəqərə\186