Page 246 - Islamic Studies 02
P. 246
244) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
mursəl peyğəmbərdən, Allah-taala qəlbini imanla sınamış
bəndədən və alınmaz şəhərdən başqa heç kəs tab gətirə
1
bilməz»
Məntiq əhlidir
Qurani-Kərimdə buyurulur: "De: Mən Rəbbimdən açıq-aydın bir
2
dəlilə istinad edirəm."
İman libasına bürünmüş ruhani daim arqument və məntiqə
əsaslanmalıdır. Dinimiz hər bir mövzuda söhbət açarkən, onu
möhkəm dəlillər və sübutlarla bəyan etmişdir. Qurani-kərimin
çoxlu ayələrində müxtəlif səthlərdə və cürbəcür mövzularda
məntiqi arqumentlər, elmi sübutlardan söhbət açılır. Deməli,
dini təbliğlə məşğul olan ruhani də, sözlərini məntiqlə bəyan
etməli, dəlillərə əsaslanmalıdır.
Ruhani bilməlidir ki, dinimizin kifayət qədər özünü müdafiə
etmək qüdrətinə sahibdir. İslam dini haqq sözünü insanlara
başa salmağa lazım olan miqdarda dəlil-sübutlara malikdir.
Bunları dərindən öyrənmək və araşdırmaq lazımdır. Belə ali
imtiyazlardan bixəbər olub, yaxud üz döndərib, insanlara hədə-
qorxu gəlmək, hey danlamaq, onların sualları qarşısında
"islamın təhlükəyə düşməsindən" qorxmaq mənasızdır.
Şübhələr varsa, deməli cavabları da mövcuddur. Bəşəriyyətə
təqdim olunan əbədi və kamil din bunları məntiqi əsaslarla
3
cavablandırmağa qadirdir.
Əmin-amanlıq və abadlıq tərəfindədir
Qurani-Kərim buyurur: «Allahın məscidlərini yalnız Allaha
və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və
1 - Biharul-Ənvar, c. 70, səh. 26
2 - Ənam\57
3 - Din və Təbliğ, PhDr. Tofiq Əsədov, səh 105