Page 33 - Islamic Studies 02
P. 33
Modern cahiliyyət ilə mübarizə metodları/ (31
təsəvvürümüzə və təxminimizə baxmayaraq texnalogiya və
müasir mədəniyyətlə dolu əsrimizdə ikinci və ya müasir
cahiliyyət birincisindən daha çox pis şəkildə zühur edir.
Cəhalətin cənginə aldığı dünyanı yalnız həzrəti Bəqiyyətullah
(ə.f.) islah edəcəkdir.
“Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara
1
biləcəklərin)dən ümidlərini kəsiblər”.
İmam zaman Ağanın (ə.f.) hökumətinin yaranması və zühur
etməsi üçün ən mühüm və ümdə səbəblərdən biri cəhalətə və
insan cəhlinin, səfihliyinin doğulduğu zülmətlərin dağıdılması
zərurətidir. Cahiliyyə və onun səfihliyi insanı əbədilik
zirvəsindən heyvani mərtəbəyə endirmiş və bunu rasionalizm
bəhanəsi ilə etmişdir. Bu barədə Qurani-Kərimdə və məsum
imamların (ə.s.) rəvayətlərində deyilir. Bəqiyyətullahın (ə.f.)
cahiliyyəyə qarşı gözlənilən mübarizəsi barədə xeyli sayda
hədis və rəvayətlər var və biz onlardan bir neçəsini misal
gətirməklə kifayətlənirik:
“Əgər sənə itaətsizlik etsələr, de: “Mən sizin etdiklərinizdən
(sizin çirkin və batil işlərinizdən) uzağam. Və o qadir, qalib və
2
mehriban (Allaha) təvəkkül et”.
“Allah rəsulu (s) buyurur: “Kim mənim sünnəmdən üz
çevirərsə, məndən deyildir”. İslam peyğəmbəri (s) daha sonra
3
buyurur: “Axır zamanda mənim ümmətim hökmranlar
tərəfindən ağır bəlalara məruz qalacaq. Belə ki, ondan ağır və
şiddətlisi eşidilməmişdir! Hətta yer üzü bu qədər genişliyi ilə
belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq.
Mömin bir kəs zülmdən pənah aparmağa yer üzündə bir yer
tapmayacaqdır. Bu zaman Allah-təala mənim sülaləmdən olan
1Maidə, 3.
2Şuəra, 216/217.
3Səhihi-Buxari, nigah-1, Səhihi-Müslim, nigah-5.