Page 49 - Islamic Studies 02
P. 49
Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (47
İslam dini sonuncu və ən kamil din olduğu üçün onun bütün
qayda -qanunları insan fitrəti (yəni “anadangəlmə
xüsusiyyətlər”) ilə uyğundur və həyatın müxtəlif sahələrində
insana nicat (xilas) yolunu göstərir. Beləliklə, dinlər içərisində
son və haqq din İslam dini olduğu üçün dinin İslama uyğun
tərifini qeyd edirik:
“Din” ərəb sözü olub, lüğətdə mükafat mənasını ifadə edir.
“Din vəhy ilə gələn, insanların Quran və sünnə vasitəsilə
doğru yola hidayəti üçün onlara çatdırılan həqiqətlər və
dəyərlər toplusudur. ”
Bəşərin səadəti istər bu dünyada, istərsə də axirətdə gündəlik
həyatın müxtəlif (həm fərdi, həm də ictimai) sahələrində
İslami qayda - qanunlara əməl etməklə birbaşa bağlıdır.
İslam dini əsas üç mühüm sahəyə ayrılır:
1. “Üsuliddin” adlanan əqidə sahəsi insanın fikir və əqidəsinin
islah olunması üçün nəzərdə tutulubdur. Bu sahə əqidə
məsələləri ilə bağlı olduğuna görə, hər bir müsəlman həmin
məsələlərdə əminlik əldə etməli, əminlik isə dəlil - sübuta
əsaslanmalıdır.
2. “Firuiddin” – “Fiqh” və ya “Əhkam” adlanan sahə isə
əməli göstərişlər sahəsidir ki, insan Allaha itaət etmək
məqsədilə bir sıra əməlləri yerinə yetirməli, bir sıra əməllərdən
isə çəkinməlidir.
3. “Əxlaq” adlanan psixoloji və rəftar sahəsi isə insanın ruh və
rəftarının islahından bəhs edir.
Sadə bir bənzətmə ilə bunu belə ifadə etmək olar: İslam dini
sanki bir ağac, üsuliddin bu ağacın kökləri, firuiddin onun
gövdə və budaqları, əxlaq isə sanki , onun yarpaq və
meyvələridir: gözəl əxlaq şirin meyvə, çirkin əxlaq çürük
meyvə !