Page 52 - Islamic Studies 02
P. 52

50) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

                  İndi din və əxlaq münasibətləri barədə irəli sürülən həmin iki
               görüşlə, daha sonra isə digər müsəlman filosofların bu haqdakı
               fikirləri ilə tanış olacağıq.

               Əşərilik
                 Kəlam  elmində  əsas  qollardan  biri  kimi,  hicri  tarixi  ilə  IV
               əsrin  əvvəllərində  Əbülhəsən  Əl-Əşəri  tərəfindən  yaradılan

               əşərilik    dini-fəlsəfi  təlim  kimi  tanınır.  Əslində  bu  məktəb
               həmin  dövrdə  İslam  sxolastikasının  digər  fəal  cərəyanı  olan
               mötəzililik ilə   mübarizə şəraitində yeni kəlam məktəbi kimi
               formalaşdı. Sözügedən məsələnin (“işlərin yaxşı-pisliyinin zati
               olub  -olmaması  və  bunun  müstəqil  ağıl  qüvvəsi  tərəfindən
               edilib-edilməməsi”)  əşərilik  məktəbi  tərəfindən  izahına
               gəldikdə,  burada  problemin  qoyuluşu  ilə  bağlı  bir  məqam
               müqəddimə olaraq aydınlaşdırılmalıdır.
                 Öncə də qeyd edildiyi kimi, İslam sxolastikasında  “ din və
               əxlaq münasibətləri  “ bəhsi  işlərin yaxşı və ya pisliyinin İlahi
               iradədən  asılı  olmaması  mövzusunun  müzakirəsi  ilə
               başlamışdı.  Burada  bir  məsələni  vurğulamaq  lazımdır  ki,
               müsəlman mütəkəllimləri arasında mövcud olan bu problemin
               iki aspekti var idi. Daha doğrusu,  həmin məsələ iki hissədən
               ibarət idi: birinci hissədə işlərin zati olaraq öz-özlüyündə yaxşı
               və ya pis adlana bilməsi, ikinci hissədə işlərin pis və ya yaxşı
               olmasının ağıl tərəfindən dərk olunub-olunmaması  müzakirə
               edilirdi.
               Əşərilikdə problemin həlli
               Əşərilik  məktəbi  yarandığı  dövrdə  bəzən  dini  əqidələrin
               izahında ağıla istinad etsə də, bir sıra məsələlərdə ağlın rolunu
               tam inkar edirdi. Hər iki mərhələdə həmin münasibət müşahidə
               olunur, yəni Əl-Əşəri işlərin yaxşı və ya pis olmasını həm zati,
               həm də  əqli  idrak  aspektindən  tam  İlahi    iradə  və  qanunlara
               əsaslandırır. Deməli, əşərilik məktəbi baxımından heç bir iş öz
   47   48   49   50   51   52   53   54   55   56   57