Page 51 - Islamic Studies 02
P. 51
Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (49
Müsəlman mütəfəkkirlərinin “Din və Əxlaq” barədə
görüşləri
İslam filosofları və sxolastları (mütəkəllimləri) arasında
hicri IV və V əsrlərdə geniş yayılmış “işlərin yaxşı-pisliyinin
1
zati olub-olmaması və bunun müstəqil ağıl qüvvəsi tərəfindən
edilib-edilməməsi” bəhsi əslində din və əxlaq mövzusunun
ilkin təzahürü idi.
Həmin bəhsin mahiyyəti haqqında bunu demək olar ki, İslam
sxolastikasının erkən çağlarında, yəni hicri IV və V əsrlərdə
mütəkəllimlər arasında belə bir məsələ müzakirə olunmağa
başladı ki, insan ağlı dini hökmlərə və qanunlara müraciət
etmədən, işlərin yaxşı və ya pis olduğunu dərk edə bilərmi? Bu
problemi digər formada da ortaya qoymaq olar: “İnsanın
yerinə yetirdiyi işlərin Allah tərəfindən pis və ya yaxşı olması
göstərilməsə, həmin işlər öz-özlüyündə zati olaraq pis və ya
yaxşı adlana bilərmi? ”
Göründüyü kimi, müsəlman dünyasında sxolastik bəhslərin
formalaşdığı ilk çağlarda dinin əxlaqla qarşılıqlı münasibəti
əsas müzakirə obyektinə çevrilmişdi. Həmin vaxtlar məsələnin
öz həllini tapmasında müsəlman mütəfəkkirlər tərəfindən iki
yol təklif edildi: əşərilik və mötəzililik.
Əşərilik cərəyanı işlərin yaxşı və pisliyinin tam şəkildə
Allahdan asılı olduğunu, mötəzililik (xüsusilə də, imamilik)
təlimləri isə bütün işlərin deyil, bəzi işlərin yaxşı və pisliyinin
ağıl tərəfindən dərk edildiyini bildirmişlər.
1. Ərəbcədir: 1. Əsil, mənşə, mahiyyət, kök, nəsil, nəsəb. 2. köhn. Şəxs,
adam, şəxsiyyət, sima. 3. Özü, öz nəfəsi, öz varlığı.