Page 83 - Islamic Studies 02
P. 83

Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (81


               müyəssər olan şey deyil. Ölçünü dəqiq ölçmək üçün tərəzidən
               istifadə  olunduğu  kimi,  ədalətin  də  bir  tərəzisi  olmalıdır.
               Ədalət  tərəzisi  də  Allahın  hökmləri  və  Peyğəmbərin
               sünnəsidir.  Deməli,  əsl  ədalətli  şəxs  Allahın  hökmləri  və
               Peyğəmbərin sünnəsini çöx gözəl bilməlidir.
                 Ədalət  haqqında  qeyd  edilənlərdən  belə  məlum olur  ki,  hər
               insanın kamal və səadətin son həddinə  çatması onun ədalətli
               olmasına  bağlıdır.  Ədalət  də  bütün  işlərdə,  əməllərdə,
               hərəkətlərdə  orta  yolu  tutmaqdan  ibarətdir.  Elə  bir  yol
               seçilməlidir ki, nə həddi aşasan (ifrata varasan) , nə də geriyə
               qalasan:  İstər  insanın  özünə  münasibətində  olsun,  istərsə  də,
               başqalarıilə  münasibətdə.  Dünya  və  Axirət  səadəti  də,  məhz
               orta yolla getməklə hasil olur.
                İnsanın  orta  yolu  tutub  getməsi  üçün  ilk  növbədə  bacardığı
               qədər  elmlə  əməli  birləşdirib  onların  arasında  irəliləməlidir.
               Təkcə  elmlə  kifayətlənib  əməlsiz  qalmaq  olmaz,  eləcə  də
               elmsiz, kor-koranə əməl etmək heç bir işə yaramaz.  Elm ilə
               əməldən – ikisindən biri ilə kifayətlənən şəxsdən Peyğəmbər
               (s) həzər edir.
                Əməlsiz  elmin  heç  bir  faydası  yoxdur.  Alimin  bir  günahı
               bağışlanılana  qədər  cahilin  yetmiş  günahı  bağışlanır.  Elmsiz
               əməl  də  hədərə  getmiş  zəhmətlərdən  başqa  şey  deyil.  Əməl
               zamanı  insan  zahirlə  batini  birləşdirməlidir.  Təkcə  zahiri
               bəzəyib batini çirkin saxlamaq və yaxud batini bəzəyib zahiri
               çirkinliklər içində qoymaq da düzgün deyil. Zahirini bəzəyib
               batinini  çirkin  saxlayan  şəxs  gözəl  bəzənib  gəlin  paltarı
               geymiş  qoca  qarıya  bənzər.  Təbii  ki,  zahiri  nə  qədər  gözəl
               görünsə  də,  qocalığı  onu  dəyərdən  salır.  Batinini  bəzəyib
               zahirini  çirkinliklər  içində  qoyan  şəxs  də  nəcasət    quyusuna
               atılmış qiymətli daşa bənzər. Buna görə, hər ikisinə də diqqəti
               yönəldib orta yolu tutmaq zəruridir.
   78   79   80   81   82   83   84   85   86   87   88