Page 81 - Islamic Studies 02
P. 81
Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (79
köçürə bilsin. Deməli, əvvəlcə, rəssamın duyğuları, hissi dərk
etmə qüvvələri işləməlidir. Bundan sonra tablo ilə üz-üzə
duran rəssamın qalan üç - xəyal, vahimə və ağıl qüvvələrinin
işə düşməsinə baxaq. Tutaq ki, rəssam hər hansı bir təbiət
mənzərəsini tablo üzərində təsvir etmək istəyir. Dedik ki, buna
görə o, əvvəlcə, təbiəti duyğu üzvləri vasitəsilə müşahidə
etməlidir. Əvvəlcə çay şəkli çəkmək istəyən rəssam, ağıl
qüvvəsinin sayəsində dərk edir ki, çayın axın istiqamətini
yuxarıdan aşağıya doğru çəkməlidir. Amma çayın, tablonun
hansı tərəfində çəkilməsinə isə, artıq rəssamın təxəyyül
qüvvəsi qarışır. Yəni rəssamın zövqünə uyğun olaraq çay
tablonun ya sağında, ya da solunda verilə bilər. Məlumdur ki,
bu zaman ağıl işləmir. Ümumiyyətlə, rəsm əsərində əşyaların
qarşılıqlı münasibətinin gözəl təzahürü rəssamın
təxəyyülündən asılı olur. Bu təxəyyül sayəsində də rəssamlar
bir-birindən fərqlənirlər. Daha sonra rəssam, əsərə gözəllik
vermək üçün çayın kənarında müxtəlif heyvan şəkilləri
çəkmək istəyir. Tutaq ki, şir ilə maralı çayın kənarında birgə
göstərmək istəyir. Məlumdur ki, şir ilə maral bir yerə cəm
olası heyvanlar deyil. Yəni əgər rəssam istəsə ki, tabloda şir ilə
maralı bir-birinə yaxın məsafədə versin, mütləq şiri maralın
arxası ilə sürətlə qaçan halda çəkməlidir. Bu da rəssamın
vahimə qüvvəsinin sayəsindədir. Çünki maralın şirdən
qaçmasının səbəbi vahimə qüvvəsinin sayəsində dərk edilir.
Bu misalla zehnin müəyyən hallara düşərək yuxarıdakı
qüvvələrdən necə istifadə etməsi daha da aydın olur. Onu da
qeyd edək ki, musiqiçilər, konstruktorlar, memarlar, ədiblər,
yazarlar və şairlər öz əsərlərini yuxarıdakı misala uyğun olaraq
zehnin qüvvələrindən istifadə etməklə yaradırlar.
1
1. Rauf İmranoğlu, “Məntiq” (2011-ci il), s. 55-68