Page 80 - Islamic Studies 02
P. 80
78) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
bilir. Elə bu səbəbdən də, maral və digər heyvanlar şiri
hərəkətsiz halda gördükdə təhlükə hiss etmirlər. Şir onlara
tərəf hərəkətə başladıqda isə bu zərif heyvanlar şirdən
qaçmağa başlayırlar. Amma insan şirin vəhşi olduğunu ümumi
məfhum olaraq dərk etdiyindən, hər zaman ondan kənar gəzir.
Əqli biliklər zehnin ağıl qüvvəsinin sayəsində təfəkkürün bu
dörd - "mücərrədləşdirmə", "tərif", "bölgü" və "əqli-nəticə"
formaları ilə yaranır.
Ağıl qüvvəsinin xüsusiyyətləri
a) Əqli idrak üçün digər idraklarla müqayisədə hədd yoxdur
və insanın, bu əqli idrakı inkişaf etdirmə imkanı var.
b) Ağıl qüvvəsi hissi, xəyali və vəhmi elmlərin yanlışlarının
qarşısını almaqda insana kömək edir.
c) Ağıl vasitəsilə insan digər idraklardan istifadə edərək onlar
üçün ümumi məfhumlar yaradır (mücərrədləşdirmə).
d) Ağıl vasitəsilə şeylərin əsl mahiyyətinə varılır (tərif).
e) Ağıl vasitəsilə məfhumların xarici nümunələri qisimlərə
bölünür (bölgü).
f) Ağıl vasitəsilə verilənlər qruplaşdırılaraq yeni nəticələr
almır, ümumi qanunlar kəşf edilir (əqli nəticə).
Min illər bundan öncə çətinliklər içərisində yaşayan insana,
bugünkü müasir texnikanı bağışlayaraq onun rahatlığını təmin
edən də məhz ağıldır.
Rəssamdakı zehni qüvvələr
Tutaq ki, rəssam tablo üzərində bir əsər yaratmaq istəyir. Bu
zaman, rəssamın yuxarıda adlarını çəkdiyimiz zehni
qüvvələrdən necə istifadə edərək əsər yaratmasına nəzər salaq.
Məlumdur ki, rəssam duyğu üzvləri vasitəsilə ətraf aləmi
müşahidə etdikdən sonra əsər yarada bilər. Çünki o, əvvəlcə,
əşyaları müşahidə etməlidir ki, onların şəklini tablo üzərinə