Page 84 - Islamic Studies 02
P. 84
82) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Elm, mərifət öyrənərkən də ifrat varmaq, yaxud geriyə qalmaq
lazım deyil: Həm batini və əqli elmləri, həm də zahiri və şəriət
elmlərini öyrənmək lazımdır. Ayə və hədislərin zahiri
mənasını öyrənib əsas mənasından xəbərsiz qalanlardan
olmamalıyıq! Belələri özlərini alim hesab edib həqiqi alimlərin
fikirlərini öyrənmədən, sözlərini dinləmədən onları nadan,
hətta yeri gəldikdə kafir də adlandırırlar.
Bütün ömrünü dəqiq elmlərə sərf edib hər şeyi ağlın
ixtiyarına buraxan, ağlın başa düşə bilmədiklərini qəbul
etməyənlərdən də olmamalıyıq! Belələri, hətta Quran
ayələrini də öz başa düşdükləri kimi təfsir edir, Peyğəmbərin
(s) hədislərinə məhəl qoymurlar, şəriət alimlərini qınaq
obyektinə çevirirlər. Peyğəmbərlərin vərəsələri sayılan alimləri
savadsızlıqda ittiham edib, özlərini alim kimi qələmə verirlər.
Ağılla xəyalı ayırd etmədikləri halda özlərini ağıllı hesab
edirlər. Onlar şəriətin köməyi olmadan ağlın heç nə edə
bilməyəcəyindən xəbərsizdirlər. Buna görə də, həm əqli, həm
nəqli elmləri bir araya gətirmək, yəni ikisinin arasında olan bir
mövqe seçmək lazımdır.
Elm öyrənmək istəyən şəxs, hər şeydən öncə Şəriət
Sahibindən özünə bir bələdçi istəməli, sonra da ağlını həmin
bələdçinin ardınca aparmalıdır. Ağlını işə salmaqla yanaşı
ibadəti də öz yerində olmalıdır. Məhz belə olduqda ağlın
gəldiyi nəticə şəriətə müvafiq olacaqdır.
Ədalət sifətinin tələbinə uyğun olaraq ağıl qüvvəsi digər
qüvvələrə hakim kəsilməli, hamısını öz hakimiyyəti altında
birləşdirməlidir. Buna görə də hamı çalışmalıdır ki, bütün
qüvvələrini ağlına tabe etsin. Belə olarsa, onda insan Allahın
yer üzərindəki həqiqi xəlifəsinə çevrilər. Özünü islah etməyib
ədalət sifətinə yiyələnməyən insan başqalarını da islah edə
bilməz. Başqalarını islah etməzdən öncə insan ilk növbədə
özünü islah etməlidir, əks təqdirdə onun kimisə islah etməyə