Page 82 - Islamic Studies 02
P. 82

80) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)


               Nəticə
                Fəzilətlərin ən üstünü, kamalın ən son həddi məhz ədalətdir.
               Ədalət varsa, deməli, bütün fəzilətlər də vardır. Ədalətin əksi
               zülmdür, zülm də bütün qəbahətləri özündə toplayır. Ədalət də
               elə  bir  xüsusiyyət,  elə  bir  keyfiyyətdir  ki,  onun  sayəsində
               bütün  işlər  normal  həddə  tənzimlənir,  insanın  nəfsindəki

               müxtəlif qüvvələr arasında uyğunluq yaranır, qüvvələrdən biri
               digərinə qarşı çıxmır.
                Ədalətin əsas əxlaqi fəzilətli və özəlliyi ondadır ki, o müxtəlif
               işlər  arasında  heç  bir  fərq  qoymur,  müxtəlifliyi,  mübahisəni,
               ayrıseçkiliyi  yatırır.  İnsanı  ayrı-ayrı  tərəflərə  çəkmək  istəyən
               qüvvələrin  hamısını  normallaşdırıb  ifrata  varmağa  (həddini
               aşmağa)  və  ya  əndazəsindən  geri  qalmağa  qoymur.  Bütün
               qüvvələr  sanki  birləşib  eyni  məqsədə  xidmət  etməyə
               başlayırlar ki, bunun da nəticəsi olaraq vəhdət yaranır. Sözsüz
               ki,  vəhdət  çoxluqdan  daha  yaxşı,  daha  üstündür.  Deməli,
               varlıqların da ən üstünü heç bir tərkib hissəsi olmayan, vəhdət
               halında  olanıdır  ki,  bu  da  yalnız    Allah-Taaladır.    Digər
               varlıqlar  da  məhz  Onun  sayəsində  var  olmuşlar.    Dünyadakı
               vəhdətlər də Onun vəhdətinin təcəssümüdür. Vəhdətin elə bir
               xoş  ətri  vardır  ki,  onu  əhli  olan  insanlar  hiss  edə  bilərlər.
               Ədalətin  işi  odur  ki,  hər  şeyi  ifrat  və  onun  əks  tərəfindən
               qoruyub orta həddə saxlasın.
                 Ədalət  ya  əxlaq  və  əməllər  baxımından  olur,  ya  pay
               bölgüsündə,  ya  camaatla  rəftarda,  ya  da,  idarəçilikdə.
               Sadalananların  hamısında  ədalətli  şəxs  odur  ki,  iki  tərəfdən
               birinə  meyl  göstərməyib  tam  obyektiv  olsun.  Hamıya  eyni
               gözlə  baxıb  normadan  ifrata  varmasın,  yaxud  normadan  geri
               qalmasın.  Bunun  üçün  də  hər  şeyin  normal  həddini  eləcə  də
               onun ifrat və qarşı tərəflərini tanımaq lazımdır. Bu isə olduqca
               çətin  məsələdir.  Hər  şeyin  normal  həddini    tanımaq  hamıya
   77   78   79   80   81   82   83   84   85   86   87