Page 78 - Islamic Studies 02
P. 78

76) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Bununla  belə,  mücərrədləşdirmə  sayəsində  yaranan  "insan"
               məfhumu  zehin  üçün  bir  qədər  məlum  olsa  da,  amma  onun
               həqiqi  mahiyyəti  hələ  ki,  məchul  qalır.  Yəni  "insan"ın  əsl
               mənası  nə  deməkdir,  əsl  həqiqəti  nədir?  Bu  sualı
               cavablandırmaq üçün isə zehin ikinci bir təfəkkür formasından
               istifadə  edir  və  bu  təfəkkür  formasına  da  "tərif"  deyilir.
               Mücərrədləşdirmə  əməliyyatı  çox  asan  bir  əməliyyat  olub,

               ümumi xarakter daşıdığı halda, "tərif" təfəkkür forması xüsusi
               insanlara  məxsusdur.  Yəni  hər  bir  insan  heç  bir  çətinlik
               çəkmədən  mücərrədləşdirmə  əməliyyatı  apara  bilir  və  bunun
               üçün,  digər  üç  təfəkkür  qanunlarında  olduğu  kimi,  dəqiq
               şəkildə təfəkkürün şərtlərinə riayət etmək lazım deyil.
                 Bundan  sonra,  həmin  məfhumun  nümunələrini  bir-birindən
               hansısa  xüsusiyyətlərinə  görə  bölünməsinə  baxmaq  olar.
               Məsələn:  "insan"  məfhumuna  düzgün  tərif  verdikdən  sonra
               onun  fərdlərini  alim-cahil,  güclü-zəif,  azərbaycanlı  və  qeyri-
               azərbaycanlı  kimi  bölmək  olar.  Məlumdur  ki,  bu  bölgü
               əməliyyatı da ağlın sayəsində həyata keçir və onu təfəkkürün
               üçüncü forması öyrənir və "bölgü" adlanır.
                 Nəhayət,  insan  bu  əməliyyatlardan  sonra,  yaratdığı
               məfhumun  başqa  varlıqlarla  əlaqəsinə  baxa  bilər;  onun
               haqqında  hökm  verə  bilər.  Məsələn:  zehinin  yaratdığı  həmin
               "insan" məfhumu haqqında "İnsan heyvanlardan fərqli olaraq
               cəmiyyət halında yaşamağa və başqalarının hüquqlarına riayət
               etməyə  məcburdur"  hökmünü  kəşf  edə  bilər.  Bu  hökmü  isə
               isbatsız  olaraq  qəbul  etmək  düzgün  deyil.  Ümumiyyətlə  heç
               bir  hökm  isbatsız  qəbul  olunmur.  Həmin  isbat  metodunu  isə
               təfəkkürün dördüncü forması araşdırır və "əqli-nəticə" adlanır.
               Təfəkkürün  bu  forması  ilə  bağlı  olan  aşağıdakı  başqa  bir
               misala baxaq:
                 Alimlər Günəşin Şərqdən çıxaraq Qərbdə batdığını müşahidə
               etdikdə  belə  nəticəyə  gəlmişlər  ki,  "ya  Yer  Günəşin,  ya  da
   73   74   75   76   77   78   79   80   81   82   83