Page 85 - Islamic Studies 02
P. 85
Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (83
mənəvi haqqı çatmır. Axı özü ilə bacarmayan şəxs başqaları
ilə necə bacara bilər?! ... İnsanlara başçılıq edə biləcək əsl
hökmdar özünü islah etmiş şəxsdir. Əgər rəiyyətə belə bir
insan başçılıq edərsə, onda cəmiyyətdəki bütün əxlaqi
pozğunluqlar aradan qalxar, hər şeydə ədalət öz yerini tutar,
nəticədə Allahın maddi və mənəvi nemətləri onların üzərinə
yağar. Təsadüfi deyil ki, ədalətin növləri arasında ən
şərafətlisi, ən üstünü hökmdarın ədalətli olmasıdır. Hətta digər
ədalətlər də məhz onun ədalətindən asılıdır. Hökmdar ədalətli
deyil, zalım olarsa, bu zaman başqaları da ədaləti icra edə
bilməzlər, çünki ədalətə qarşı çıxan hökmdar hər işi ədalətlə
icra etmək istəyənlərin də qarşısını alacaq. Cəmiyyətdə fitnə-
fəsad baş alıb gedəcək, hamı ədalətsizliyə tuş gələcək. Bir
sözlə, kamala, səadətə çatmağın, elm, mərifət əldə etməyin,
şəriətin cəmiyyətdə icra edilməsinin açarı hökmdarın ədalətli
olmasındadır...
Hədislərdə buyurulmuşdur ki, ədalətli hökmdar rəiyyətin
bütün savab işlərinə şərikdir, həmçinin zalım hökmdar da
rəiyyətin bütün günah işlərinə şərikdir. Həzrət Peyğəmbər (s)
buyurmuşdur :”Qiyamət günündə Allaha ən yaxın bəndə
ədalətli hökmdar, Allahın mərhəmətindən ən uzaq şəxs də
zalım hökmdar olacaq.” Başqa bir hədisdə buyurur: “Bir saat
1
ədalətli olmaq yetmiş illik ibadətdən üstündür.”
1. Şeyx Əhməd Nəraqi; “Meracus-Səadə” (Səadət zirvəsində, Çap ili:
2012 ), s. 36-41