Page 89 - Islamic Studies 02
P. 89
Həqiqət və onu tanıma yolları
1
Namiq Babayev
Abstrakt
İnsan ictimai bir varlıqdır. Onun sahib olduğu fərdi və ictimai
yönlər bir birindən təsirlənir və bir birini tamalayır. İslam dini
insanın hər iki tərəfinə xitab edən bir çox prinsiplər
gətirmişdir. Fərdi yönü, yəni mənəvi aləmi düzgün inşa
etmədən, ictimai yönü yəni sosial həyatı nizamlı şəkildə
yaşamq mümkün deyil.
Müqəddəs kitabımıza nəzər saldıqda, insan mövzusunda daha
çox fərdi yönə üstsnlük verildiyini görürük. İnsanın şəxsiyyəti,
davranışı daha çox bəyan olunur.
İnsanın həqiqəti açıqlandıqdan sonra onun təqva, ixlas, ədalət
doğruluq və bu kimi mənəvi sifətlərinə toxunulur. Bu
xüsusiyyətləri mənimsəməkdən ötrü insan mənəvi aləmini
tərbiyə etməlidir. İnsanlığın əsası bu prinsip üzərində
qurulmuşdur. Mənəvi dunyamızı tərbiyələndirməklə, sosial
həyatda ictimai menasibətlər düzgün tənzimlənəcəkdir.
Dinimizin Tovhid əqidəsi ədalətdən ayrı olmadığından,
dünya və axirət əlaqəsi də ayrılmazhissədir. Nəfsin
paklanması ilə Allaha yaxınlıq əlaqəsi bir birini tamamlayır.
Nəfsi paklaşdırmaqla Allaha yaxınlaşmaq, Allahı tanımaqla
nəfsin psaflaşdırılmasına nail oluruq. Bir sözlə, bütün və
kamil lan dinimiz, iman, ibadət və əxlaq bütünlüyünü öz
pərəstişkarlarına tövsiyə edir.
1. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.