Page 91 - Islamic Studies 02
P. 91
Həqiqət və onu tanıma yolları/ (89
Digər bir tərəfdən Həqiqəti tanimaq hissi bütün insanlarin
vücudunda fitri olaraq vardır. Demək olar ki hamı həqiqət
axtarışındadır, hamı ona yaxınlaşmaq istəyir. Bəs, fitri
istəkdir. Ancaq necə və hansı yollarla İlahi həqiqətə
yanınlaşmaq olar? Görəsən bu yaxınlıqdan məqsəd nədir?
Zamanla yaxınlıq mümkündürmü? Yoxsa məkana həm ehtiyac
var, yada başqa yaxınlıq nəzərdə tutulur? Bu kimi suallara
cavab verməkdən ötrü gəlin bəhsimizə ətraflı nəzər salaq.
Vücudda həqiqət əlamətləri
İnsan özündə Allaha yaxınlığın ən aşağı mərhələlərini hiss
etdiyindən, bu yaxınlığın həqiqi mənasını da dərk etmək
qabiliyyətinə malikdir. Bəzi kamal sifətləri vardır ki, insanlar
onu danışıqsız qəbul edir, əksini isə eyb və nöqsan sanırlar.
Elm buna misal ola bilər. Hamı elmi kamillik, nadanlıq və
savadsızlığı isə eyb və nöqsan kimi qarşılayır. Digər bir
nümunə qüdrət və gücdür ki, hər kəs bu sifətə nail olmağa can
atır, zəif və gücsüz olmaqdan cəkinirlər. Hər iki sifət Allahın
kamillik sifətlərindən hesab olunur ki, bəndələrinə də əta
etmişdir. Bəs həmişə səadət, firavanlıq, ləzzət dalıyca olan
insanlar bu hissinfitri olduğunu bildikləri halda, əsl səadətin
Allaha yaxınlıq olduğunu unudurlar.
Əlbətdə bəzi nəzəriyyələrə əsasən, insan bu kamillik
sifətlərini özündə tamamlasa, uca məqama çata bilər. Ancaq
bu görünüş səhvdir. Belə izah edək, insanin vücudu deyil də
ruhun vücudu kamil olarsa, bu məsələ baş tutar. Ruh əməllə bu
mərhələyə çatır. Səxavət, mərhəmət, rəhm kamillik
sifətlərinin vücudda təzahürüdür. Biz gərək ruhumuzu saölam
saxlayaq. Yalnız sağlam ruha malik olan bədəndə kamillik
nişanələrini də asanlıqla görmək mümkündür.