Page 94 - Islamic Studies 02
P. 94
92) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Mücərrəd olan ruhumuz maddi olan bədənimizlə birlikdə
hərəkət edə bilir, kamilləşir və nəhayət özvücudunun son
mərhələsinə çatır. Bəs biz həyatımız boyu nə qədər çox kamal
kəsb edərsək, vücud mərhələlərində bir o qədər təkamülə
çatarıq və eyni o həddə Alla yaxınlaşmış olarıq. İman məhz
həmin nurdur ki bizə bu yolda yoldaşlıq edir. İman saleh
əməllə birləşərsə, qürb məqamına daha tez çatmağa kömək
olar.
Deməli, burdan aydın olur ki, bizim hərəkətimiz sonsuz bir
məqsədə doğru davam edir. Hər birimiz öz səy və bacarığımız
müqabilində qürb məqamına nail ola bilərik. Başqa cür ifadə
etsək, bu “ qürb məqamı” bir nöqtə deyil əksinə, müxtəlif
dərəcələrə malik olan bir həqiqətdir. Bəs əslində qürb nisbi
məsələdir. Biz də öz fəaliyyətimizin müqabilində onun
məqamlarını fəth edib, İlahi feyzlərdən bəhrələnə bilərik.
Kamalı tanımaq
İnsanın həqiqəti, onun ruhunun kamalı, kamal isə insanın
Allaha və əbədi səadətə yaxınlaşmasıdır. Deməli həqiqət yəni
kamal, ruhla əlaqədardır və cismə məxsus deyil. İnsanın
təkamülü onun ruhani istedadlarının çiçəklənməsidir. Bizim
cismimiz isə yalnız bu istedadların çiçəklənməsinə yardım
etmək üçündür. Cism həqiqət hesab olunmur. Cismin kamalı
onun inkişaf edib böyüməsidir. Bəs deyə bilmərik ki həqiqəti
təcrübə yolu ilə tanımaq olar. Ona görə ki ruhun kamalı o
zaman baş verir ki, insan özü ona yol tapsın, tanısın. Daxili
qüvvəsinin təcrübəsi ilə batini hisslərinin köməyi ilə ona
qovuşsun.
Fəlsəfi irəliləyişlər və sənaye elmlərinin günümüzdəki inkişafı
həmin daxili quvvələrin və əqlin səmərəsidir. İnsan ağlı ilə
bəzi məsələləri həll edərkən, bəzilərində şəkk- şübhəyə düçar
olur və onun həllində aciz qalır. Digər tərəfdən, İslam