Page 90 - Islamic Studies 02
P. 90

88) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Açar  sözlər:  İslam,  din,  əxlaq,  nəfs,  təhzib,  saflaşdırma,
               həqiqət

                                                                                Giriş

               Həqiqət  dedikdə,  insanın  yaradılış  məqsədi  olan  Allaha
               yaxınlıq  və  kamillik  zirvəsi  nəzərdə  tutulur.  Bildiyimiz  kimi
               insanın həqiqəti onun ruhudur. İnsan ruhunu,  nəfsini nə qədər
               yaxşı tanıyarsa,  bir o qədər Allahı tanıyar və ona yaxınlaşmış
               olar. Necə ki hədisi-şərifdə deyilir: “Mən ərəfə nəfsəh fə ərəfə
               rəbbəh”  –  hər  kəs  özünü  tanısa  Allahını  da  tanıyar.  Allaha
               yaxınlıq insan yaradılışının ən ömdə prinsiplərindəndir.  Onun
               kamillik  dərəcəsinə  çatıb,    ilahi  feyzd\n  bəhrələnməsi  məhz
               həqiqəti  tanımaqla  başlanır.  Həqiqət  Allahın  varlığına
               yeganəliyinə inanıb,  ona yaxınlaşmaqdır. Həqiqi səadət budur.
               Qüdrətli  məbud  insana  məhəbbətlə  nəzər  salıb  onu  öz
               mərhəmətinə  qərq  etsin.  Bildiyimiz  kimi  tarix  boyu  bütün
               bəşəriyyət həqiqətin axtarışında olmuş,  ona yaxınlaşma üçün
               daim  hərəkətdə  olmuşlar.  Hətta  bütpərəstlər  belə  Allaha
               yaxınlaşmaq  üçün  müəyyən  ayinlər  yerinə  yetirirdilər.    Bu
               haqda  Quranda  oxuyuruq:”  Biz  bütlərə  yalnız  Allaha
               yaxınlaşmaq  üçün  ibadət  edirik.  Ayə  Məkkə  müşrüklərinin
               dilindən deyilir.
               Ən  yaxın  yol  və  ən  dəqiq  yolu  bizə  elə  ilahi  vəhy  göstərir.
               Bilirik  ki  insan  əqli  bəzi  məsələləri  dərk  edir  amma  bəzi
               məsələlər  onun  əhatəsindən  uzaqdır.  Buna  görə  bəzən  insan
               ağlı  ilahi  vəhyin  köməyi  ilə  bu  cür  məsələlərin  öhdəsindən
               gəlir.
               Beləliklə,  Allah peyğəmbər vasitəsi ilə  insanlara həqiqətin nə
               olduğunu  çatdırıb  höccətini  tamamlamışdır.  ”Allah  bəşarət
                                                                            1
               verən və xəbərdarlıq edən peyğəmbər göndərmişdir. ”


               1 - Bəqərə surəi,  ayə 213
   85   86   87   88   89   90   91   92   93   94   95