Page 95 - Islamic Studies 02
P. 95
Həqiqət və onu tanıma yolları/ (93
nöqteyi- nəzərdən, bəzi həqiqətləri tanımaq mümkün olduğu
halda bəzən tanışlıq üçün dəlil və sübutların olması zəruridir.
Ümumiyyətlə, araşdırma aparmaq üçün alimlər üç yolu
qarşımıza qoyurlar:
1-təcrübə yolu
2-əqli dəlillər
3- vəhy yolu
Təcrübə yolu hamımıza məlumdur. Əqli dəlillərlə sübut da
həmçnin və burada sadəcə xatırladaraq keçmək istəyirik.
Vəhy yolu haqqında da yuxarıda məlumat verdik. Təcrübə
elmi bəzən əqli dəlillərə əsaslanır və sübuta yetirilir. Əqli
dəlillər isə özlüyündə ağlın hökm etdiyi məsələlərlə
kifayətlənir. Ancaq vəhy yolu yeganə meyardır ki( ölçüdür ki
) hər tərəfli məsələyə yanaşır və hər tərəfli isbata yetirir. Ağıl
və hiss kimi bir -birilərinin əksinə hökm vermir. Həqiqəti
tanımaq ruha aid olduğundan nə təcrübə və hiss yolu ilə, nə də
təkcə ağıl və əqli dəlillərdə sübuta yetirilə bilməz. Buna
əsasən biz vəhy yolu ilə həqiqəti tanıya bilərik. Aydın
məsələdir ki təcrübə və əqli dəlillər əgər vəhy və şühud elmi
ilə üst-üstə düşərsə, onlardan bəhrələnmək maneəsizdir.
Səbəb olaraq bunu göstərə bilərik ki tanışlıq və araşdırma üçün
üç amil əsas götürülür: bunlar var olmaq( varlığın süübutu)
ağlın varlığı və yəqindir. Birinci və ikinci varlıqları təcrübə və
əqli dəlillərlə sübuta yetirilir. Ancaq üçüncüsü yalnız vəhy və
şühud yolu ilə isbat edilə bilər. (cavad amili) Deməli həqiqəti
tanımaq üçün ilahi vəhyə muraciət etməliyik.
Həqiqəti tanımaqda vəhyin zərurəti
İlahi vəhyə və Qurana istinadən (əsasən) insan cism və ruhdan
yaradılmışdır. Onun bədəni olan cismi, ölümün baş verməsi
ilə aradan gedir və geriyə qalan yalnız onun ruhu olur. Ruh