Page 96 - Islamic Studies 02
P. 96
94) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
insanın həyat cövhəridir və o öz həyatına başqa bir aləmdə
davam edir. Deməli, əbədi səadət və həqiqi kamal ki ruhla
əlaqədardır, gərək ruh kimi əbədi və daimi olsun. Digər
tərəfdən, insanın kamalı, onun öz ixtiyarı ilə olan bir sıra
hədəfli əməllərinin nəticəsidir. Bəs,
1) İnsanın yaradılış məqsədi budur ki öz istək və ixtiyarı
ilətəkamül yolunu seçsin. Allaha yaxınlıq ancaq bu yolla
mümkündür.
2) Aydın məsələdir, insan o zaman təkamülə çatar ki həm
səadətə aparan yolu tanısın həm də hədəfini təyin etsin. Bu
yolda baş verəcək büdrəmələrdən xəbərdar olsun. allahın
hikməti hökm edir ki Ona yaxınlaşmaq üçün lazım olan bilik
və vasitələri insanın ixtiyarına qoysun.
3) İnsanların adi tanışlıq mərhələsi hiss və ağlın nəticəsidir və
ya bu ikisi ilə əldə olunur. Bu ikisi hərçənd yaşayış
ehtiyaclarını ödəməkdə mühüm rol oynasa da, həqiqəti
tanımaqda həyatın hər bir sahəsində, maddi və mənəvi
dünyəvi və uxrəvi kifayət eləmir. Əgər bu çatışmamazlıqları
aradan götürmək üçün hansısa bir yol mövcud olmasa idi,
Allahın yaradılış prinsipi həyata keçməzdi. Faydasız olardı.
Bu müqəddimələrə əsasən belə bir nəticəyə gəlirik ki, Mütəal-
Allahın hikməti budur; ağıl və təcrübədən əlavə elə bir yolu
insanların qarşısına qoysun ki, onu təkamülə çatmaqda hər
tərəfli təmin etsin. Bu yolla insan müstəqil şəkildə vəya vasitə
ilə ondan bəhrələnsin. Bu Allahın Peyğəmbərlərin ixtiyarına
qoyduğu həmin vəhy yoludur. Bəşəriyyətin Peyğəmbərlərin
vücudundan bəhrələnərək səadətə gedən yolda lazım olan
məlumatlara yiyələnsinlər.
Deməli, Allah öz hədəfinə çatmaq üçün “vəhy”i insanın
ixtiyarına verir və höccətini tamamalayır.
Digər bir tərəfdən yanaşdıqda əqli tanışlıq bütün bir
düşüncədir, bütün həqiqətləri bütün məsələləri dərk etməkdə