Page 116 - Islamic Studies 03
P. 116

İlahi rəhmət axirətdə/ (115


               «Biz  Öz  ayələrimizi  (elmi  və  əməli  maariflər  üzərindən
               pərdələri  götürən  sözləri  ali  məqsədlər)  və  günahkarların
               yollarının  aydınlaşması  üçün  bu  cür  müxtəlif  (hərtərəfli)
               gətiririk.» (Ənam 55)
               Bu ayənin şəni-nüzulunda qeyd olunur ki, günahkarlardan bir
               dəstəsi  Peyğəmbərin  (s)  hüzuruna  gəlib  dedi:  «Biz  çoxlu
               günah  işlər  görmüşük  (bizim  üçün  bir  çıxış  yolu  varmı?)
               Həzrət (s) sakit oldu. Sonra bu ayə nazil oldu.

               Bu  surədə  Allah-təala  «kətəbə  əla  nəfsihir-rəhmətə»  (Özünə
               rəhimli  olmağı  vacib  etmişdir)  cümləsini  iki  dəfə  təkrar
               etmişdir.  Bunların  biri  dünyada,  digəri  isə  axirətdə  insanlara
               təskinlik vermək üçündür.

               Bu ayədən aydın olur ki, əgər günahın mənşəyi inadkarlıq və
               zülm  olmazsa  (tövbə  etmək  şərti  ilə)  bağışlana  bilər.
               Ümumiyyətlə,  cəmiyyətin  rəhbəri  ilə  camaatın  əlaqəsi
               ünsiyyət,  mehr-məhəbbət  əsasında  olmalıdır.  Allah-təala
               rəhməti  Özünə  vacib  etmişdir.  Lakin  rəhmətin  şamil  olduğu
               şəxslər  məhz  tövbə  edənlərdir.  55-ci  ayənin  təfsirində
               buyurulur: Biz Öz ayə, nişanə və göstərişlərimizi beləcə bəyan
               edirik  ki,  həm  haqq  axtaranların  və  mütilərin,  həm  də  haqla
               düşmən olan inadkar günahkarların yolu aşkar olsun.

               «Mücrim»  dedikdə  haqq  qarşısında  əsla  təslim  olmayan
               inadkar günahkarlar nəzərdə tutulur. Yəni haqqa doğru olan bu
               ümumi  dəvətdən  sonra,  hətta  öz  işlərindən  peşman  olan
               günahkarların, eləcə də haqqın qarşısında heç vaxt əyilməyən
               inadkar  mücrimlərin  və  müqəssirlərin  yolu  tamamilə  aydın
               olacaqdır.

                Allahın  İnsanları  doğru yola  hidayət  etmək  üçün  göndərdiyi
               Kitab, Ona iman edib, əməl edənlərə şəfa verir.
   111   112   113   114   115   116   117   118   119   120   121