Page 113 - Islamic Studies 03
P. 113

112) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



                    "Onların  hamısını  Öz  mərhəmətimizə  (peyğəmbərlik
                məqamına,  mənəvi  kamilliklərə,  səma  kitabı  verilmək  və
                cəmiyyətin  tərbiyəçisi  olmaq  şərəfinə)  daxil  etdik.  Çünki
                onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər". ("Ənbiya"
                86).  Quranın  nəzərində  saleh  o  kəslərdir  ki,  əqidə  və  əməl
                cəhətdən dininə inancı olsun və ona əməl etsin

                2.  Qurandan möhkəm yapışanlar
                Allaha  iman  gətirən  və  Ondan  möhkəm  yapışan  şəxsləri  isə
                Allah  Öz  rəhməti  və  lütfünə  qovuşduracaq  və  onları  Özünə
                tərəf gedən düz yola yönəldəcəkdir.( Nisa surəsi 175-ayə)
                 Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də
                ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz.(Ənam
                155)

               Allah təala öz varlığını insanlara tanıtdırmaq üçün insanların
               arasından  ləyaqətli,  şərafətli  şəxsləri  peyğəmbərliyə  seçib.
               Onlarla  hikmətli,  şəfa  verici,  düz  yol  göstərən  yaxşı  söz  və
               kəlam  təlim  edən  kimi  yaratmışdır.  Öz  mübarək  kəlamlarını
               onlara tədricən nazil etmişdir. Allah təala axırıncı peyğəmbərə
               (s)  tədricən "Qurani-kərim" nazil etmişdir və həmin "Qurani
               kərim"  həkim,  şəfa  verən,  düz  yol  göstərən  kimi  bəyan
               etmişdir. Amma gəlin görək bu şəfa verəndir möminlərə, düz
               yol  göstərəndir?  Qurani-kərimdə  belə  buyurur:  "Ey
               peyğəmbər!  Bu  Quran  bütün  insanlar  üçün  açıq-aşkar  bir
               xəbərdir.  Təqvalı  şəxslərə  doğru-düzgün  yol  göstərən  öyüd-
               nəsihətdir." "(Bu kitab) Allah təala tərəfindən nazil olunmasına
               heç bir şəkk-şübhə  edilməyən  və  (təkcə) təqva  əhlinə doğru,
               düzgün yol göstərən mübarək bir kitabdır." Başqa yerdə belə
               buyurur: "Ey peyğəmbər! Sən onlara öyüd-nəsihət ver. Çünki,
               öyüd-nəsihət möminlərə fayda verir." Bu ayədən sonra Allah
               təala  insanları  nəyə  görə  xəlq  etdiyini  bəyan  edərək  belə
   108   109   110   111   112   113   114   115   116   117   118