Page 117 - Islamic Studies 03
P. 117
116) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
İtəatkar möminlərdir
Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm
olunsun. (Ali imran surəsi 132)
Şübhəsiz, ayələrimizi inkar edənləri cəhənnəmə atacağıq.
Onların dəriləri bişdikcə, əzabı dadsınlar deyə dərilərini
başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah
qüdrətlidir, hikmət sahibidir.( Nisa surəsi 56-cı ayə)
Namaz qılanlar
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar
insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa
qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət
edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah
Qüdrətlidir, Müdrikdir. (tövbə surəsi 71-ci ayə)
Allah Təala bu nurani ayədə İlahi rəhmətdən bəhrələnməyin 6
meyarını bəyan etmişdir.
1. Əmr-be-məruf.
2. Nəhy-əz-munkər.
3. Namaz qılmaq.
4. Zəkat vermək.
5. Allah Təalaya itaət etmək.
6. Həzrət Peyğəmbərə (s) itaət etmək.
Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət
içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid
bəsləyən kimsə kafirlə eynidirmi? De: “Heç bilənlərlə
bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri
düşünüb ibrət alarlar”.(Zümər surəsi 9-cu ayə)