Page 121 - Islamic Studies 03
P. 121
120) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Bütün insanların təkbətək sınaqlardan keçirilməsi zəruri deyil.
Mümkündür ki:
a) Hərə bir şeylə sınağa çəkilsin;
b) Bir sınaqdan üzüağ çıxan insan o biri sınaqda rüsvay olsun;
v) Bir şəxsin sınağı bir cəmiyyət üçün sınaq ola bilər.
Bəzən məhsul qıtlığı, mala zərər dəyməsi, qorxu yaranması və
digər çətinliklər ilahi sınaqlar səbəbindən baş verir. Bəzən isə
bu işlər insanların əməllərinə cəza olaraq müəyyənləşdirilir.
Bəzən insanlara çətinlik yaradan onların günahları olur. Həzrət
Əli (ə) buyurur: "Həqiqətən, Allah Öz bəndələrini onların
günahlarına görə məhsul qıtlığı, xeyir qapılarının bağlanması
kimi çətinliklərə salır ki, bəlkə insanlar düşünüb tövbə
edələr.”("Ali-İmran”, 146. )
Əlbəttə ki, bu tənbehlər də sınaqdır. Necə ki, imana görə
nemət verilməsi də sınaq vasitəsi olur. Quranda oxuyuruq:
"Onları sınağa çəkmək üçün şirin (dadlı) su içirdik.”("Bəqərə”,
153. )
Allah səbirlilərə bir sıra lütflər etmişdir:
Məhəbbət("Furqan”, 75.); qələbə("Zümər”, 10. );
behişt("Bəqərə”, 155. ); saysız-hesabsız mükafat("Bihar”, c.
45, s. 46. ); müjdə("Məryəm”, 67; "İnsan”, 1.).
İlahi sınaqdan çıxmağın bir neçə yolu var:
a) Səbir və müqavimət;
b) Hadisələrin və çətinliklərin ötəri olmasına diqqət;
v) Keçmişdəki insanların müşkülləri necə adlamasına diqqət.