Page 111 - Islamic Studies 03
P. 111
110) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
“Mərhəmətim hər şeyi ehtiva etmişdir” ayəsinə gəlincə isə
Həsən və Qütadə bu barədə yazırlar: “Həqiqətən Allahın
rəhməti dünyada hər kəsi mömini və kafiri bütünlüklə əhatə
etmişdir. Bu rəhmət qiyamətdə isə yalnız möminlərə şamil
olacaqdır.” Uteyyə Aufi deyir: “İlahi rəhmət hər şeyi əhatə
etmişdir. Lakin bu yalnız möminlər üçün vacibdir. Kafirlər
üçün isə yalnız ruzi kimi şamil olur(Yəni dünyada yaşamaları
üçün ruzi və möhlət ilahi rəhmətdir). Allah kafirə möminə
xatir rəhm edər.
Çünki ilahi rəhmət möminləriə daha genişdir. Çünki mömin
kafirlərin arasında yaşayır. Əgər qiyamət olsa bu rəhmət yalnız
möminə şamil olacaq. Necəki od şöləsi ətrafında olanların
hamsını işıqlandırır. Nur (çıraq, lampa) sahibi gedərsə onun
işığı da gedər.” Həmçinin bu cür deyənlər də vardır: “İlahi
rəhmət genişdir. Kim istəsə daxil ola bilər. Yəni bütün varlıq
1
daxil olsa belə Allahın onlara şamil olacaq rəhməti genişdir.”
Mövzu haqında fərqli fikirlər olsa da, Təfsirçilərin çoxu
Allahın xüsusi rəhmətinin möminlərə şamil olacağı
qənaətindədirlər. Əgər insanlar Allahın ümumi rəhmətindən
istifadə edə bilsələr, Onun xüsusi rəhmət qapılarıda açılacaq.
Axirətdə İlahi rəhmət kimlərə şamil olur?
1. Müttəqilər
Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman
gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə
düz yolla getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah
Bağışlayandır, Rəhmlidir. ( Hədid surəsi 28- ayə)
Ahli beyt.ge 1