Page 118 - Islamic Studies 03
P. 118
İlahi rəhmət axirətdə/ (117
İslami bəzi mənbə kitablarda gəlibdir ki, Peyğəmbər (s)
buyurdu: "Behiştin açarı, namazdır". "Və namaz təşkil edin ki,
namaz (insanı) çirkinlik və günahdan çəkindirir" ayəsinə və
namaz barəsində, digər hədislərə diqqət etdikdə, namazın niyə
behiştin açarı olmasını anlamaq olar. Necə ki, Peyğəmbər (s)
buyurur: "Namaz dinin sütunudur, onu yerinə yetirməyən,
dinini məhv etmişdir".
Həmçinin buyurur: "Hər bir namazın vaxtı çatdıqda, bir mələk
camaat qarşısında səslənər ki, qalxın və arxanızda
alovlandırdığımız odları, namazla söndürün".
İzah: İnsanın yaranma hədədi Allah- Taalanı tanımaq və ona
bəndəlik üçündür. Allaha pərəstiş sayəsində, insan təkamülə
və İlahi qürb məqamına yetişir. Namaz, uca Allaha bəndəliyi
izhar etməyin ən yaxşı formasıdır. Bundan əlavə, pərəstiş və
dua hər bir insanın fitrətində var. O namaz kimi vacibləri
yerinə yetirməklə, bu həqiqəti öz vücudunda dirildib, bəsləyib
və özünü yaxşılıq və çirkinliklərdən çəkinmə yolunda qərar
verir. Beşlik namazlara əhəmiyyət vermək, ruhi fəzilət və
qüdrətə səbəb olur ki, insanı günah və pis əməllərdən saxlayır
və təqva qüvvəsini insan ruhunda daha da gücləndirir. Bu
zaman namazın niyə behişt qapısının açarı olmasını anlamaq
olar.
Qeyd etməliyik ki, namaz behişt açarı olması kimi, savab
nəzərdə tutulan ibadət əməllərindən biridir. Çünki,
rəvayətlərdə pak İmamlar (ə)- a məhəbbət bəsləmək, La ilahə
illəllah « الله لاإ هلإ لا» zikri, səbr və ... də behişt açarı
sayılıbdır. Ona görə də, behiştin açarı olmaq, namaza məxsus
deyil. Amma namaz insanın daha çox məşğul olduğu
ibadətlərdən olduğuna və başqa sözlə, mövsümi ibadət