Page 112 - Islamic Studies 03
P. 112
İlahi rəhmət axirətdə/ (111
De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün
Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona
məxsusdur, Ondan başqa ilah yoxdur. O həm dirildir, həm də
öldürür. Elə isə Allaha və Onun Elçisinə, həm də Allaha və
Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun
ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”. (Əraf sursi
158-ci ayı)
Təqva - xüsusi İlahi rəhmətə çatdırar. "Yoxsa Rəbbiniz
tərəfindən sizə özünüzdən olan bir kişinin dili ilə sizi (Allahın
əzabı ilə) qorxutmaq, sizin də təqvalı olmağınız üçün və bəlkə
rəhm olunasınız deyə (ilk səmavi şəriət və kitab olaraq) bir
öyüd-nəsihət gəlməsinə təəccüb etdiniz?" ("Əraf" 63).
Əmirəlmöminin Əli (ə) ən yüksək kamil insan nümunəsi olan
təqva əhli haqqında buyurur: “Təqvalıların, pəhrizkarların
nişanələrini belə görərsən: dindarlıqda güclü, xoşxasiyyət,
uzaqgörən, imanda əmin, elm təhsilində çalışqan, elmə
çatdıqda təvazökar, orta imkanlı, ibadətdə müti, yoxsulluqda
nikbin, çətinliklərdə dözümlü, halal ruzi ardınca, doğru yolda
şad, tamahdan uzaq. Onlar xeyir iş görər, Allahdan qorxarlar.
Gün uzunu şükr edər, gecəni zikrlə keçirərlər. Gecə Allahdan
qorxan halda yuxuya gedərlər. Yuxudan duranda şad olarlar.
Bu qorxu onları qəflətdən qoruyar, nazil olan mərhəmətə görə
1
sevinərlər.”
Saleh əməl sahibləri
İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz
mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar
müvəffəqiyyətdir. (Casiə surəsi 30-ayə)
Nəhcül-bəlağə 1