Page 122 - Islamic Studies 03
P. 122

İlahi rəhmət axirətdə/ (121


               İmam  Hüseyn  (ə),  qucağındakı  körpə  övladı  oxa  tuş  gəlib
               şəhid  olduqda,  buyurdu:  "Bu  çətin  hadisəni  Allah  gördüyü
               üçün mənə asandır.”("Dürrül-Mənsur”, c. 1, s. 377.)
               Bildirişlər

               1. Sınaq və imtahan qəti ilahi proqram və qaydadır.

               2.  Çətinliklər  müqavimət  və  inkişaf  səbəbidir.  Səbir,  riza,
               təslim,  qənaət,  zöhd,  təqva,  helm,  fədakarlıq  kimi  sifətlər
               çətinliklərlə üzləşmə sayəsindədir.

               3. Ayədə nəyin müjdə verildiyi bəyan olunmamışdır. Ona görə
               də bu müjdə bütün ilahi müjdələri əks etdirir.
                                          ْ ُ
                                                                  َّ
                                                                    لا   ِذ َ
               156.  َنوع ِ جار ِهْيَلإ اـَّنإو ِ   ِ لِل اَّنإ اولاَق ةَبي ِ صُْم مُه   ْتَب اَصأ َ    اَذإ ني
                           َ
                                                              ِ
                                  ِ َ
                                        ِ
                               ِ
               "(Səbirlilər)  o  kəslərdir  ki,  onlara  bir  müsibət  üz  verdikdə
               deyirlər: "Biz hamımız Allahınıq və Ona doğru qayıdarıq.”
                  Səbirlilər özlərini satmaq və başqalarına sığınmaq əvəzində
               yalnız Allaha pənah aparırlar. Onların nəzərincə, bütün dünya
               dərs  sinifi,  sınaq  meydanıdır  və  burada  inkişaf  etməliyik.
               Dünya  dayanacaq, yuxu, işrət  yeri  deyil.  Çətinlikləri  Allahın
               qəzəbi kimi qəbul etmək olmaz. Çətinliklərin səbəbi odur ki,
               daha  sürətli  hərəkət  etmək  üçün  ayağımızın  altı  yansın.  Bu
               baxımdan acılıqlarda da bir şirinlik var. Çünki bu çətinliklərin
               ardınca  istedadların  çiçəklənməsi  və  ilahi  mükafatlardan
               bəhrələnmə gəlir.

               Onun  tərəfindən  olan  müsibətlər  həqiqi  malikin  öz  mülkü
               üzərindəki  işdir.  Allahın  həkim  və  rəhim  olduğunu,  öz
               bəndəliyini,  əvvəllər  bir  şey  olmadığını,  hətta  müəyyən
               mərhələlərdən  sonra  da  zikrə  ləyaqətsizliyini  anlayan
               insan(Məaric”,  20.  )qəbul  edər  ki,  Allahın  ixtiyarında  olsun.
               Bu  həqiqətləri  bilən  insan  xatırlayır  ki,  Allah  onu  cansız
   117   118   119   120   121   122   123   124   125   126   127