Page 123 - Islamic Studies 03
P. 123

122) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               cisimdən      bitkiyə,    bitkidən     heyvana,      heyvaniyyətdən
               insaniyyətə  sövq  etdirmiş,  uyğun  çətinlikləri  onun  inkişafı
               üçün  qərarlaşdırmışdır.  Biz  buğda  dənəsini  əzməklə  una
               çevirdiyimiz,  yandırmaqla  çörəyə  döndərdiyimiz  kimi,
               çətinliklər də insanı kamal mərtəbəsinə ucaldır.

               Səbirlilərin şüarı "inna lillahi və  inna iləyhi  raciun”  şüarıdır.
               Hədislərdə  də  tövsiyə  olunur  ki,  çətinlik  zamanı  bu  cümləni
               oxuyaq.("Bəqərə”,  155.  ) Çətinliklər  zamanı  bu  cümləni
               demək və Allahı xatırlamaq bir sıra təsirlərə malikdir; insanı
               küframiz və şikayətli sözlərdən uzaqlaşdırır; insan üçün təsəlli
               və  həmdərdlikdir;  şeytani  vəsvəsələrə  mane  olur;  haqq
               əqidənin izharıdır; başqaları üçün dərs və nümunədir.
               Qarşıya çıxan müsibətə münasibətdə insanlar bir neçə qismə
               bölünür:

               a) Kimi haray-həşir qoparır("Ziyarəte-Aşura”. );

               b) Kimi səbirli, dözümlüdür("Ğaşiyə”, 4. );

               a)  Kimi  də  səbirli  olmaqdan  əlavə  şükür  edəndir.("Tövbə”,
               103. )

               Bu  sayaq  rəftarlar  insanın  müsibətlərdən  agahlıq  dərəcəsinin
               nişanələridir.  Necə  ki,  istiotu  körpə  uşaq  yeyə  bilmir,  gənc
               adam onun acısına dözür, yaşlılar isə pul verib onu alır.
               Səbrin kökü Allaha və axirətə iman, eləcə də əvəz veriləcəyinə
                        1
               ümiddir
               Onları  Rəbbi  tərəfindən  bağışlanmaq  və  rəhmət  (Cənnət)
               gözləyir.  Onlar  doğru  yolda  olanlardır!(Bəqərə  surəsi  157-ci
               yə)



                                                                   http://ehliwie-samux.com/ 1
   118   119   120   121   122   123   124   125   126   127   128