Page 140 - Islamic Studies 03
P. 140

İlahi rəhmət axirətdə/ (139


               Sünnənin  böyük  alimlərində  olmuş  Hakim  Nişaburi  özünün
               Tarixi Nişabur kitabında ( səh-27) etiraf edir ki, İmam Rza (ə)
               insanlar üçün vəhşətli olacaq qiyamət günündə Allah Taalanın
               izni  ilə  öz  zəvvarı  olmuş  kəslərə  kömək  əlini  uzadacaq.
               İmamdan        (ə)     nəql     olunmuş       hədisdə      buyurulur:
               Hər kəs uzaq olmasına baxmayaraq məni ziyarət edə, qiyamət
               günü  üç  yerdə  onun  yanına  (köməyinə)  gələrəm  və  onu
               qorxudan, çətinlikdən qurtararam. Əməl dəftəri sağ və ya sol
               əlinə veriləndə, Sirat körpüsünü keçəndə və mizan tərəzisində
               əməli                                                      ölçüləndə.
               Şeyx  Səduq  Əmali  kitabında  nəql  edir  (səh-119):  Bəzənti
               deyir:  İmam  Rza  (ə)dan  eşitdim,  buyurdu:  Dostlarımdan  hər
               kim arifanə şəkildə mənim ğörüşümə gəlsə qiyamət günündə
               mən                 ona                 şəfaət                edəcəm.
               İmam Baqir (ə) babasından nəql edir ki, Əmirəl Möminin Əli
               (ə) Peyğəmbərdən (s) nəql edib ki: Allah Rəsulu (s) buyurdu:
               Mənim  bədənimin  bir  parçası Xorasanda dəfn  olunacaq. Hər
               bir çətinliyə düçar olmuş onu ziyarət etsə Allah ona rahatlığ
               verər.  Hər  bir  günahkar  onu  ziyarət  etsə  Allah  onun
               günahlarını  bağışlayar  (Uyuni-Əxbari-Rza.  2:257)  (  Əmali
               Səduq-119).
                 Hədislərdən  göründüyü  kimi  İmam  Rzanın  (ə)  ziyarətində
               kəramət  vardır.  Ziyarət  insanın  həm  dünya,  həm  axirət
               həyatında  dərin  iz  buraxır.  Mütəal  Allahın  izni  ilə  dünyada
               insana mənəvi yüksəliş, günahların bağışlanması, çətinliklərin
               həlli, axirətdə isə hədisdə qeyd oluna 3 yerdə insanın dadına
                     1
               yetir.




                                                                              Ahlibeyt.ge 1
   135   136   137   138   139   140   141   142   143   144   145