Page 135 - Islamic Studies 03
P. 135

134) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               surəsinin  254-cü  ayəsində  Allah  Təala  buyurur:  “Ey  iman
               gətirənlər,  nə  alış-veriş  və  nə  də  dostluq  və  şəfaətin
               olmayacağı  gün  gəlməmişdən  qabaq  sizə  ruzi  olaraq
               verdiklərimizdən          (Allah        yolunda)         xərcləyin...”
               Burada da şəfaətin olmayacağı bildirilir. “Müdəssir” surəsinin
               48-ci ayəsində isə buyurulur: “Şəfaət edənlərin şəfaəti olanlara
               heç bir fayda verməyəcəkdir”. Bu ayə, öncəki iki  ayədən bir
               qədər fərqlənir. Burada şəfaət edənlərin olduğu bildirilir, lakin,
               onların  şəfaətinin  həmin  şəxslərə  heç  bir  fayda  verə
               bilməyəcəyi                                                 göstərilir.
               Ayələrə nəzər saldıqda görünür ki, şəfaətin inkar edilməsi ilə
               bağlı  ayələr,  başlıca  olaraq  müşriklərlə,  bütlərə  tapınanlarla
               bağlıdır. Yəni onlara bildirilir ki, sizin tapındığınız bütlər, sizin
               istədiyiniz cansız daş parçalarının heç bir şəfaət gücü yoxdur.
               Onlar  həmin  insanlar  üçün  şəfaətçi  ola  bilməyəcəklər.  Digər
               tərəfdən  isə  şəfaətin  olmaması  Bəni-israil  övladları  üçün  də
               göstərilir.  Belə  ki,  onlar  bildirirdilər  ki,  bizim  əcdadlarımız
               peyğəmbərlər  (ə)  olub  və  biz  nə  çirkin  işlər  görsək  də,
               əcdadlarımızın  peyğəmbər  (ə)  olması  bizə  kifayət  edəcək.
               Həmin ayələrdə əslində şəfaətin olmaması ilə bağlı onlara da
               işarə  olunur  ki,  onlar  çox  arxayın  olmasınlar.  Qurani-Kərim
               bildirir ki, bu cür insanlar üçün şəfaət yoxdur. Ona görə də, bu
               ayələrlə rastlaşarkən, şəfaətin inkar edilməsi kökündən yalnış
               olan  məsələdir.  Çünki  həmin  ayələrin  hansı  zamanda,  hansı
               məqamda nazil olmasını araşdıranda, onların kimlərə və nəyə
               aid             olması               açıq-aydın               görünür.
               İkinci  qrup  ayələrə,  şəfaətin  yalnız  Allaha  məxsus  olmasına
               işarə edən ayələrə də nəzər salmaq zəruridir. Qurani Kərimin
               “Zumər” surəsinin 44-cü ayəsində Allah-Təala buyurur: “De:
               ”Şəfaət  və  vasitəçilik  bütünlüklə  Allaha  məxsusdur...""
               Buradan aydın olur ki, şəfaət var və bu şəfaət yalnız və yalnız
   130   131   132   133   134   135   136   137   138   139   140