Page 138 - Islamic Studies 03
P. 138
İlahi rəhmət axirətdə/ (137
Quran və İmam Hüseyn (ə) məktəbi elə bir İlahi kəndirdir ki,
bəşəri bədbəxtlik quyusundan çıxardıb, səadətə çatdıra bilər.
Şəfaət hər üç dünyada insana şamil ola bilər.
Şəfaətin ən çox şamil olduğu zaman – Qiyamətdir. Seyyidi-
şühəda (ə) öz davamçılarına həm dünyada, həm bərzəxdə və
həm də Qiyamətdə şəfaət verir və verəcəkdir də.
Əmirəl-möminin (ə) buyurur: “Bizim üçün şəfaət vardır və
bizim dostlarımız üçün də şəfaət vardır”. Başqa bir hədisdə
oxuyuruq: “Şəfaət edənlər İmamlardır və möminlərin
dostlarıdır”.
Bəli, İmam Hüseyn (ə) o Məsumlardandır ki, Qiyamət günü öz
aşiqlərinə və dostlarına şəfaət verəcəkdir. İmam Hüseyn (ə)
buyurur: “Hər kim mənim ölümümdən sonra məni ziyarət
edərsə, ölümündən sonra mən də onu ziyarət edərəm”.
Hədis nəql edənlərdən biri danışır ki, bu hədis mənim
zehnimdə davamlı olaraq qalırdı və bir gecə İmam Hüseyni (ə)
yuxuda gördüm və soruşdum ki, ağa, bu hədis doğrudurmu?
Buyurdu: “Bəli, baxmayaraq ki, atəşdə olsa belə, onu
çıxardaram”.
Dedim: “Ağacan, bu hədisi vasitəsiz sizin adınızdan nəql edə
bilərəmmi?”.
1
Buyurdu: “Bəli”.
Həzrət Seyyidi-şühəda (ə) öz davamçıları can verən zaman
başlarının üzərinə gəlib onlara yardım etdiyi kimi, bərzəx
aləmində də onların fəryadına çatacaqdır.
Hacı Şeyx Abbas Quminin oğlu mənim üçün (Ustad Ənsari
üçün) nəql edir: "O zaman ki, atamı Nəcəfdə dəfn etdilər, yuxu
aləmində onu ziyarət etməyə nail oldum. Onun halını
İslami saytlara istinadən 1