Page 136 - Islamic Studies 03
P. 136

İlahi rəhmət axirətdə/ (135


               Allaha  məxsusdur.  Digər  bir  yerdə,  “Səcdə”  surəsinin  4-cü
               ayəsində buyurulur: “...Sizin Ondan başqa heç bir haminiz və
               şəfaətedəniniz  yoxdur...”. Burada  da  şəfəat  yalnız  Allaha  aid
                      1
               edilir.


                 Məsumların şəfaəti

                  Həzrət peyğəmbər buyurur ki, qiyamət günündə bütün gözlər
               ağlayacaq,  yalnız  3  gözdən  başqa.  Peyğəmbərdən  soruşdular
               ki, o hansı gözlərdir ağlamaz? Peyğəmbər buyurdu: "Birinci o
               gözlərdir ki, Qədr gecələrində oyaq qalar, ikinci o gözlərdir ki,
               Allah  qorxusundan  ağlayır  və  üçüncü  o  gözlərdir  ki,  İmam
               Hüseyn üçün ağlayar".

               Həqiqətən də xoş olsun o möminlərin halına ki, bu gün İmam
               Hüseyn (ə) əzasındadırlar. İmam Hüseynə "ləbbeyk" deyiblər.
               Həzrət  Zəhranı,  həzrət  Əlini  tək  qoymurlar.  İmam  Hüseynin
               yasında əyləşib ona əza saxlayırlar.

               Əgər qiyamət səhnəsinə diqqət etsək, qiyamət günündə İmam
               Hüseyn (ə) əzadarlarına olan böyük rəhməti görərik. Hədisdə
               var ki, Qiyamət günündə Xanım Zəhra (ə) yetmiş min mələyin
               əhatəsində daxil olar məhşərə və bir təyin olunmuş mələk nida
               edər: "Ey  məhşər  əhli  başınızı  aşağı  salın  peyğəmbər  qızı
               Zəhra gəlir".
               Hədis belə buyurur ki, bütün məhşər əhli ixtiyarsız başını aşağı
               salar.  Və  Xanım  məhşərin  uca  bir  yerinə  çatdıqda  dayanar.
               Məmur mələk nida edər ey peyğəmbər qızı daxil ol cənnətə.
               Xanım  getməz,  mələk  bir  də  eyni  nidanı  edər.  Hədis  eynilə
               belə buyurur xanım behiştə girməz və soruşarlar nə istəyirsən?


                                                                             Musavat.com 1
   131   132   133   134   135   136   137   138   139   140   141