Page 137 - Islamic Studies 03
P. 137
136) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Xanım Zəhra (ə) belə buyurar: "Qızım Zeynəbin, oğlum
Hüseynin əzadarları behiştə daxil olmayınca mən behiştə
girmərəm".
Və xanıma belə nida olar ki, məhşər əhli arasından Hüseynivin
əzadarlarını seç apar behiştə. Hədisdə var ki, İmam Hüseynin
1
əzadarları üzlərinin nurundan bəlli olar.
Xanım Fatimeyi-Zəhranın (s.ə.) məhşər səhrasında uca
məqamı:
İmam Səccad (ə) buyurmuşdur: "Qiyamət günü xanım
Fatimeyi-Zəhra (s.ə.) məhşər səhrasına daxil olduğu zaman,
belə bir nida eşidilər: "Əhli-beytə (ə) məhəbbət bəsləyənlərdən
başqa, hamılıqla başınızı aşağı dikin (ki, Fatimə (s.ə.) gəlir).
Budur Mühəmmədin (s) qızı Fatimə!" Xanım Fatimə (s.ə.) və
onunla birgə olanlar behiştə doğru hərəkət edərlər. Allah-Taala
bir mələyi onun hüzuruna göndərib deyər: "Nə istəyirsənsə,
Məndən istə!" Xanım Fatimə (s.ə.) ərz edər: "İlahi! Mənim
istəyim odur ki, mənə və övladlarıma yardımçı olanları əfv et."
Bu məzmunda (azacıq fərqlə) imam Baqirdən (ə) də başqa bir
hədis nəql olunmuşdur (Əvalimul-ülum", 11-ci cild, səh.2,
2
hədis: 1779-1780; "Şəvahidut-tənzil", c.1, səh.153.)
Əhli-beyt(a.s) necə bir Kərim ailədirlər ki, Allah buyuru: Nə
istəyirsiz istəyin. İstəkləri müsəlmanların bağışlanmasıdır.
Məsumlar (ə) içərisində şəfaət edənlərdən biri də İmam
Hüseyndir (ə). Həzrət Hüseyn (ə) o kəslərə şəfaət verəcəkdir
ki, onun məktəbinin şagirdi olmuşdur.
kerbela.info 1
Milli.az 2