Page 139 - Islamic Studies 03
P. 139

138) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               soruşdum.  O,  sevincli  üzlə  mənə  dedi:  "O  zamandan  ki,
               bərzəxə  daxil  olmuşam,  indiyə  qədər  məni  üç  dəfə  Seyyidi-
               şühədanın (ə) yanına aparıblar. Mən də onu ziyarət etmişəm"".

               Şəhid  Mütəhhəri  Ayətullah  Hacı  Mirzə  Əli  Şirazı  barəsində
               yazır: "Bir gün o, dərs otağında göz yaşları saqqalından axa-
               axa bizə yuxusunu nəql etmişdi. O, demişdi: "Mən gördüm ki,
               ölümüm  gəlib  çatıbdır  və  ölməyi  bizə  təsvir  etdikləri  kimi
               gördüm. Özümü bədənimdən ayrı gördüm və müşahidə etdim
               ki,  bədənimi  qəbiristanda  dəfn  etmək  üçün  aparırlar.  Sonra
               məni  qəbrə  qoyub  dəfn  etdilər.  Mən  tək  qaldım.  Başıma
               nələrin gələcəyindən nigaran idim. Anidən ağ rəngli it gördüm
               ki,  qəbrə  daxil  oldu  və  hiss  etdim  ki,  bu  it  mənim  tünd  və
               kobud rəftarlarımdır ki, bu cür təcəssüm olmuşdur. Bu zaman
               çox nigaran oldum və qoxdum ki, bu it mənə zərər vuracaqdır.
               Elə  o  halda  idim  ki,  Seyyidi-şühəda  (ə)  gəldi  və  mənə
               buyurdu: "Nigaran olma, mən onu səndən ayıraram"".
               Allahla Seyyidi-şühəda (ə) arasında qırılmaz bağlar vardır və
               bu  bağlar  aşiqlə  məşuqun  bağına  bənzəyir.  Ona  görə  də  hər
               kim İmam Hüseyn (ə) müsibətinə görə qəmlənər və göz yaşı
               tökər, Allah yanında məqamı yüksələr və mənəvi kamala çatar.

               Çünki İlahi qürbə çatmaq üçün bu, ən yaxın yoldur. Hələ ki,
                                                      1
               fürsət var, siz də ondan faydalanın.
                  Həzrəti  İmam  Rzadan  (ə)  rəvayət  olumuş  hədisdə  öz
               zəvvarlarının əlindən tutacağı barədə məlumat var. İmam (ə)
               bir neçə çətin mərhələlər var ki orada Mütəal Allahın izni ilə
               öz     zəvvarı      olmuş      kəslərin     köməiynə        yetişəcək.

               Bu  barədə  mötəbər  mənbələrdə  qeyd  olunur.  Hətta  Əhli



                                                                              Kerbela.info 1
   134   135   136   137   138   139   140   141   142   143   144