Page 153 - Islamic Studies 03
P. 153
152) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
tamamlamaq üçün paklığa aid olan hökmləri bəyan edib. Yəni
Allahın baxışına görə insanların ibadət zamanı cismi
baxımından pak olması o qədər önəmlidir ki, paklanmaq üçün
su tapılmasa belə, yenə də torpaq vasitəsi ilə təyəmmüm alıb,
sonra ibadət etməyi vacib edir.
Belə başa düşülür ki, mənəvi paklığa yetişmək üçün, ilk
olaraq cismi paklığa riayət etmək lazımdır.
Ənfal surəsinin 11-ci ayəsində isə yağışın pak edici olduğuna
işarə edilir. Diqqət etsək, görərik ki, Allah yağışı yalnız cismi
pak etmək üçün yox, bəlkə möminlərdən Şeytanın vəsvəsəsini
uzaqlaşdırmaq və döyüş zamanı onların qəlbinə təskinlik bəxş
etmək və ayaqlarının altını möhmək etmək üçün yağdırıb.
Vaqiə surəsinin 77-79-cu ayələrində isə Quranın əzəmətinə
işarə edilir və bu əzəmətli kitaba təharətsiz və təmiz olmadan
toxunmağın qadağan olunduğu bildirilir.
Yəni əgər insan təharətsiz olan halda Quranın yazılarına
toxunarsa, günah işlətmiş sayılar. Yazılara toxunmaq üçün
dəstəmazlı olmaq şərtdir. Bu, ayənin zahiri mənasıdır və zahiri
mənası da elə zahiri paklıq ilə əlaqədardır. Əlbəttə ayənin
batini mənası da var. Batini mənası bundan ibarətdir ki,
Quranın həqiqi mənasını yalnız peyğəmbər (s.ə), İmamlar (ə)
və bəzi mənəvi cəhətdən pak olan insanlar anlaya və dərk edə
bilər.
Paklığa aid olan ayələrin sayı yuxarıda qeyd olunan
ayələrdən çox olsa da, bu ayələr ilə kifayətlənir və mövzuya
aid olan hədisləri gətiririk.