Page 21 - Islamic Studies 03
P. 21
20) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Koliforniya universitetlərində aparılan tədqiqatlara əsasən 10
il ərzində 45 yaşından 64 yaşına kimi insanlar arasında
ölənlərin sayı evlilərlə müqayisədə subay insanlarda iki dəfə
çox olub. Bu məsələnin, onların arasında yaranan insanlıq
əlaqəsindən irəli gəlməsi nəzərə çarpır.
Seçim haqqı
Dini dəyərlərə bağlı insanlar üçün ən əsas meyar qarşı
tərəfin iman və təqvasıdır. İnsanın imanı iki baxımdan
diqqəti cəlb edir:
1) İmanlı şəxs Allaha qəlbən bağlı olduğundan və
daxilində nəzarətçi bir qüvvə hiss etdiyindən etibarlı sayılır.
İman və etiqad nəzarətçisi olmayan bir kəsə etimad
göstərmək təhlükəlidir. Adətən, belə bir seçim
müvəffəqiyyətsiz olur. Qəlbən özünü
Allah qarşısında hiss edənlər başqaları qarşısında da
məsuliyyətlərini dərk edirlər. Onların verdiyi söz ailə
həyatında da etibarlı olur.
2) İmanlı zövcələr vahid bir etiqadi nizama tabe
olduqlarından onların baxışlarında, meyillərində,
səliqələrində az-çox oxşarlıq olur. Bu səbəbdən də onlar öz
müştərək həyatlarında düşüncə baxımından və ruhən bir-
birlərinə uyuşurlar.