Page 20 - Islamic Studies 03
P. 20

İslamda Ailə./ (19


                     Həddi-büluğa yetmiş oğlan və qızların təbii ehtiyacları da
                 belədir.  Əgər  bu  ehtiyacın  əksinə  rəftar  olunsa  bu,

                 cəmiyyətin pozğunluğuna gətirib çıxaracaqdır. Bu qanunun
                 əksinə  olan  “inkişaf  etmiş”  qərb  ölkələrinin  bugünkü

                 vəziyyəti buna canlı bir sübutdur ki, hal-hazırda bu mühüm
                 məsələ  heç  bir  kəsə  gizli  deyildir  ki, bu  ölkələr  fəlakət  və
                 bədbəxtliyə doğru sür`ətlə addımlamaqdadırlar.

                      Bəlkə  də  bir  çoxları  üçün  inanılmaz  olan  məsələlərdən
                 biri də statistikanın verdiyi məlumata əsasən evli insanların

                 ömrünün subay insanların ömründən çox olmasıdır. Halbuki
                 ilk  baxımdan  adama  elə  gəlir  ki,  evlilikdə  olan  bir  sıra

                 çətinliklər,  o  cümlədən  ailə  güzaranını  təmin  etmək
                 məsuliyyəti,  övladın  tərbiyəsi,  fikir  ayrılığı  və  bu  kimi

                 xoşagəlməz işlər ömrün azalmasına gətirib çıxaracaq. Fərzad
                 Həkim  "Uzun  ömürlüyün  sirləri"  kitabında  yazır:
                 "Amerikanın  "Park  Deyvis"  müəssisəsənin  hazırladığı

                 məlumata əsasən, evlilərin ömrü subayların ömründən daha

                 çoxdur.  Belə  ki,  evli  kişi  və  qadınlara  nisbətən  subay
                 kişilərdə ölüm 75%, qadınlarda isə 50% çoxdur.
                      1966-cı ildə dünya mətbuatlarında yayılmış məlumat evli

                 kişilərin ömrünün subay kişilərin ömründən çox olmasını bir
                 daha  sübut  etdi.  Verilən  məlumatda  bu  fərqin  səbəbinin

                 kişilərin təkliyə dözümsüzlüyündən irəli gəlməsi bildirilir.
                 Müxtəlif  araşdırmalar  evlənən  insanların,  ictimai  ruhiyyəli

                 şəxslərin və çoxlu dostu olanların çox yaşamasını sübut edib.
   15   16   17   18   19   20   21   22   23   24   25