Page 174 - Islamic Studies 03
P. 174
Quranın Hərtərəfli olmaq …/ (173
cəhənnəmdən xilas olmağın yolunun Allaha dua etmək
olduğunu bildirir.
Daha sonra Allahın “Mərhəmət” xüsusiyyətinə işarə edib,
dua zamanı insanları Allahın həmin sifətini dilə gətirib, ona
diqqət etmələrinin önəmli olduğunu başa salır.
Elmi mövzuya aid ayə və hədislər
İslam dini insanlara göndərilmiş sonuncu ilahi dindir. Allah
insanların xoşbəxtliyə nail olması üçün, islam dininin vasitəsi
ilə Allahı tanıyıb, ona təslim olanlara çox sayda qayda-
qanunlar göndərib. Təbii ki, həmin qayda-qanunların böyük bir
hissəsi Quran vasitəsi ilə bəyan edilib. Quran
peyğəmbərimizin (s.ə) həm əbədi möcüzəsi, həmdə özündə
çox sayda maraqlı və ecazkar həqiqətləri toplayan misilsiz
ilahi bir kitabdır.
Quranın əsas hədəfi, insanların düz yola yənəlib, düzgün
yaşam tərzinə nail olmalarından ibarətdir.
Yəni Allah Quranı ona görə nazil edib ki, insanlar Qurandakı
həqiqətlərə baxıb, onların haqqında düşünüb, haqq olan
Allahın yolunu tapsınlar və Allah istədiyi kimi yaşamağa
davam etsinlər.
Əgər diqqət etsək, görərik ki, Allah Quranda çox sayda və
fərqli mövzular vasitəsi ilə insanları düz yola dəvət edir.
Bəzən keçmişdə baş verən hadisələri danışır, bəzən gələcəkdən
xəbər verir, bəzi vaxtlar isə Peyğəmbərlərin (ə) başına gələn
hadisələri açıqlayır. Quran bu kimi fərqli mövzular ilə çox
zəngindir və həmin mövzulardan biri də Qurandakı “ Elmi
mövzular”-dır. Elə Quranın möcüzəvi bir kitab olma