Page 173 - Islamic Studies 03
P. 173

172) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               yarana  bilər  və  belə  olduğu  zaman  yenə  Allahı  çağırmalı  və
               ondan kömək istəməliyik.

                 Peyğəmbər (s.ə) və imamlar (ə) heç bir zaman anlamsız söz
               danışmaz. Ona görə də duadan başa düşülən digər bir həqiqət
               də  bundan  ibarətdir  ki,  günahlara  qarşı  olan  qəlbimizdəki
               istəkləri, Allaha dua etməklə aradan aparmaq olar.

                 Yenə  imam  Səccad  (ə)  buyurur:  İlahi!  Bizi  öz  qisas
               cəhənnəmindən xilas et. Ey o kəs ki, mərhəmət xəzinələrinin
                               1
               sonu yoxdur.

                 Ümumiyyətlə  əgər  peyğəmbər  (s.ə)  və  imamların  hədis  və
               dualarına diqqət etsək, belə nəticəyə gələrik ki, onların hamısı
               ilk olaraq insanlara Allahı tanıtdırmağa çalışıblar. Çünki əgər
               insan Allahı tanımasa, başqa işlərin ona heç bir faydası olmaz.
               Yəni  əməllərin  əsası  Allahı  tanımağa  dayanır.  Əgər  insan
               Allahı tanımasa, digər biliklər ona çoxda fayda verməz. Bunu
               da  unutmamalıyıq  ki,  Allahın  varlığına  inanmaq,  onu  tam
               şəkildə tanımaq mənasında deyil. Yəni ola bilər ki, çox sayda
               insan  Allahın  varlığına  inansın,  amma  onu  layiqincə
               tanımasınlar. Ona görə də Allahın varlığına inandıqdan sonra,
               ona aid olan xüsusiyyətləri də tanımaq vacibdir.

                 Bu  baxımdan  da  əgər  imamın  (ə)  duasına  diqqət  etsək,
               görərik  ki,  imam  (ə)  bu  cümlədə  iki  həqiqətə  işarə  edir  və
               bununla da yenə insanlara Allahı və onun bəzi xüsusiyyətlərini
               tanıtdırmağa çalışır.

                 İlk  olaraq  imam  (ə)  insanlara  cəhənnəmi  xatırladır  və
               cəhənnəm sahibinin Allah olduğunu bildirir. Eyni zamanda da,



                                                                Səhifə Səccadiyyə, dua 5. 1
   168   169   170   171   172   173   174   175   176   177   178