Page 22 - Islamic Studies 03
P. 22
İslamda Ailə./ (21
Hər ikisi din məktəbində tərbiyə almış qadın və kişi
öncədən bir-birlərini tanımamış da olsalar, bir çox mühüm
məsələlərdə müştərək baxışa malik olurlar.
Bu zümrədən olan fərdlər ortaya ixtilaf çıxdıqda dini
təlimlərə, qayda qanunlara müraciət etməklə hər iki tərəfin
qəbul edəcəyi yekdil rəyə gələ bilirlər. Belə bir seçim ailədə
xoşbəxtliyi təyin edən ən etibarlı seçimdir.
Təcrübədən məlum olur ki, dini öhdəçiliyi olmayanlar hətta
evlənməmişdən qabaq uzun müddət tanış olsalar da, ailə
qurduqdan sonra kiçik bir səbəbdən ayrılıq fikrinə düşürlər.
Çünki hər iki tərəfin qəbul etdiyi sabit qanunlar yoxdur.
Məhkəmə çəkişmələrindəki rəqəmlər göstərir ki, dini
təlimlərə bağlı olmayanların problemləri daha çoxdur.
Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı
seçimində yetərincə diqqət göstərilməsi və araşdırma
aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox
acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıq və
qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı
qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı
nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir
müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və
əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə
həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və
nəticədə üzücü peşmançılığa düçar olurlar.