Page 23 - Islamic Studies 03
P. 23

22) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                 Ailənin  müvəffəqiyyəti  hər  şeydən  öncə  həyat  yoldaşının

                 agahlıqla  seçilməsi  və  bu  seçimdə  düzgün  meyarlardan

                 istifadə olunmasından asılıdır.
                 Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir
                 kəs  bu  seçimin  nə  dərəcədə  əhəmiyyətli  olduğunu  düzgün

                 dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan bu seçimin
                 nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.

                 Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda
                 məqsədinin  nə  olduğunu  və  ailə  həyatından  nə  istədiyini

                 müəyyənləşdirməlidir.
                 Müəyyənləşdirilməlidir  ki,  məqsəd  varlanmaq  və  daha  çox

                 maddi  ləzzət  duymaqdır,  yoxsa  insani  və  mənəvi  dəyərləri
                 qorumaqla sağlam ailə qurmaq?

                 İnsan  bu  suala  cavab  verməklə  öz  həyat  yolunu
                 müəyyənləşdirir.  Həyat  yoldaşı  seçimi  də  bu  baxışdan

                 asılıdır.
                     Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək və

                 bu  əsasda  seçim  aparsaq,  ailədən  vəfa,  səmimiyyət,
                 fədakarlıq  və  məhəbbət  intizarında  olmamalıyıq.  Məlum

                 məsələdir  ki,  uyğun  dəyərlərə  malik  olmayan  ailənin
                 olmağındansa  olmamağı  yaxşıdır.  Ciddi  problemlərlə

                 rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri həmin
                 bu  növə  aiddir.  Yəni  bu  ailələrin  təməli  gerçək  dəyərlər

                 üzərində qurulmamışdır.
                     Təcrübədən  məlum  olur  ki,  bəzi  gənclər  ailə  həyatı
                 qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət
   18   19   20   21   22   23   24   25   26   27   28