Page 189 - Islamic Studies 03
P. 189

188) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Bilməliyik ki, insanı insan edən Allaha olan bağlılıqdır, çünki
               insan kamalının son nöqtəsi Allahla bağlılıqdadır. Bu bağlılıq

               mərifət və əməllə əldə edilir. Bundan qeyri surətdə insan başqa
               heyvanlarla bir sırada, bəlkə də onlardan daha aşağı mərtəbədə
               yer  alır:  "...Onlar  heyvan  kimidirlər,  bəlkə  də,  ondan  daha
                                         2
                                      1
               çox zəlalətdədirlər...  ”
               Bu  arada  peyğəmbərlərin,  övliyaların  vücudu,  onlarda  zahir
               olan  elm,  qüdrət,  hikmət  nişanələri,  onların  Allahla  olan

               bağlılıqlarının  əlamətidir.  Əlbəttə,  deməliyik  ki,  hər  bir
               mövcudun vücudu əqli təhlil baxımından eyni Yaradanla olan
               bağlılığı bəyan edir və yaradılmışın öz Yaradanı ilə bağlılıqda
               olmaması  qeyri-mümkündür.  Amma  bu  təkvini  bağlılıq  olub

               varlıq sisteminin toplusunda var olur və bu sistemdən kənarda
               qalması  olacaq  iş  deyil.  Allahla  təkvini  bağlılıqda  heç  bir
               mövcud kənarda qala bilməz. Bununla yanaşı insan başqa bir

               imtiyaza  da  malikdir.  Bu  imtiyaz  Allah-təalanın  insana  əta
               etdiyi  əqldən  ibarətdir.  Əqlin, şüurun  köməkliyi  ilə  insan  bu
               bağlılığı  dərk  edə  bilər  və  onun  dəyəri  bu  bağlılığı  daha

               dərindən dərk etməsindədir.
















                                                                               - Hədid, 4  1
                                         - Ayətullah Misbah Yəzdi, Axirət azuqəsi, səh.   203-204  2
   184   185   186   187   188   189   190   191   192   193   194