Page 190 - Islamic Studies 03
P. 190
Mənəvi yolçuluq və Nikbinlik/ (189
Adətən dərkin və Allahla bağlılığın başlanğıcı hüsuli
elmlərlə(Ənkəbut-65) əldə edilir. Yəni fikrimizi, əqli
dəlillərimizi işə salmaqla buna nail oluruq. Amma bu dərk
insanlıq kamalının sonu deyildir. Bununla insan son məqsədə
çatmır və onda möhkəm etiqada səbəb olmur. Kamil dərk,
hüzuri dərkdir. Yəni insan elə bir məqama çatır ki, bütün
vücudu ilə Allahla bağlılığı dərk edir. Bu məqamda o nəinki
bilir, bəlkə Allahla bağlılığın eyni olur. Həzrət Əlidən (ə) nəql
edirlər ki, buyurur: "Elə bir şey görmədim ki, ondan qabaq və
sonra və onunla Allahı görməmiş olum.”
Kamala çatmaq yolunda çalışmasına rəğmən bu dünyada
həmin mərifəti kamil şəkildə əldə edə bilməyən şəxs nigaran
olmamalı, o biri aləmdə kamil bağlılığı tapa bilməsi üçün bu
dünyada zəminələri hazır etməlidir. Bu cəhətinə görə əhli-
beytdən bizə çatan bəzi xəbərlərdə Allahla bağlılıq məsələsinə
toxunarkən, həmin məsələni "Allahı görmək” təbiri ilə qeyd
etmişlər. Rəvayətlərdə deyilir ki, behişt əhlinin ən üstün
neməti, onların öz kamal dərəcələrinə uyğun ilahi nuru
müşahidə etmələridir. Ən yüksək məqama çatmış insanlar ilahi
nuru həmişə müşahidə edirlər. Məqamları nisbətən aşağı
olanlar üçün ilahi nurun təcəllisi az miqdarda özünü göstərir.