Page 188 - Islamic Studies 03
P. 188

Mənəvi yolçuluq və Nikbinlik/ (187


               İnsanın  vücudi  yönlərini  bölmələrə  ayırmışlar.  Məsələn,
               deyilir  insan  vücudunun  bir  yönü  Allahla  əlaqə  yaratmaq,
               digər  yönü  özü  ilə  rabitə  yaratmaq,  başqa  bir  yönü  digər

               insanlarla,  o  biri  yönü  isə  sair  məxluqatla  bağlılıq  yaratmaq
               üçündür. Bu bölmələr insanın üzləşdiyi ehkamlar baxımından
               düz  sayıla  bilər:  İnsana  özü  ilə  olan  rabitəsi  yönündən,  ona

               hansı  şeylərin  xeyir,  hansının  zərərli  olduğu  bəyan  edilir.
               Məsələn, deyilir filan şey halaldır, filan şey  haram. Ehkamın
               bəzisi insanın Allahla əlaqəsini təyin edir; məsələn, namaz və
               oruc  kimi.  Ehkamın  bəzisi  insanın  xalqla  rabitəsini

               müəyyənləşdirir, məsələn ata, ana, qohumlar və dostlarla rəftar
               qaydaları kimi.
               Bu bölgü qəbul ediləndir, amma bu o demək deyil ki, Allahın

               yolundan  başqa,  Ona  sarı  istiqamətlənən  hərəkətdən  başqa
               bizim  başqa  hədəfimiz  də  var.  Əksinə,  bilməliyik  ki,  bizim
               vücudumuzun  bütün  yönləri,  onlarda  olan  qəribə  təzadlara

               rəğmən,  hamısı  bir  nöqtəyə  istiqamətlənmişdir.  Yəni  insanın
               digər insanlarla olan bağlılığı da Allaha xatir olmalıdır.
               Bizim  işlərimizin  zahiri  şəkli  fərqli  görsənir:  Biri  namaz

               şəklindədir,  biri  dərs  oxumaq  və  ya  dərs  demək,  digəri  hər
               hansı bir gündəlik iş şəklində. Amma bunların hamısı Allaha
               xatir  olduğu  təqdirdə  bizə  faydalı  olacaq.  Bunun  üçün  də

               insanın bütün işləri, hətta düşüncəsi də Allaha görə olmalıdır.
   183   184   185   186   187   188   189   190   191   192   193