Page 191 - Islamic Studies 03
P. 191
190) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Allahı düzgün tanımaq və Uca Yaradan ilə rabitə
İbrətli hekayə
Nəql edirlər ki, Tehranın iman əhli olan alimlərindən biri
xərçəng xəstəliyi nəticəsində bu dünyadan köçür. Mərhumun
ona həddən artıq bağlılığı olan yaxınlarından biri onu yuxuda
görür və yuxusunun sadiq olduğunu yəqin edir. O öz yuxusunu
Qumun üləmalarından birinə bu şəkildə danışırdı: "Həmin
alimi yuxuda görəndə, ondan soruşdum ki, o biri dünyada
imamları, məsələn İmam Hüseyni ziyarət edirsinizmi?”
Cavabımda dedi: "Nə danışırsan? Bu aləmdə bizimlə İmam
Hüseyn (ə) arasında otuz min illik fasilə var. Onun ziyarətinə
nail olmaq üçün gərək otuz min il gözləyək!”
Bəli, baxıb görmək lazımdır insan ürəyini nəyə tapşırıbdır.
İnsanın dəyəri, ürəyini verdiyi şeyin dəyəri qədərdir. İnsan
ürəyini Allaha bağlayarsa, onun dəyəri nəhayətsiz olacaqdır.
"Ey Əbuzər! İstəyirsənmi sənə elə sözlər öyrədim ki, onunla
Allah sənə xeyir əta etsin?” Dedim: "Bəli, ey Allahın rəsulu.”
Buyurdu: "Allahla əlaqəni qoru, Allah da səni qorusun.”