Page 255 - Islamic Studies 03
P. 255

254) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               etməməlidir.  Mehvərimiz  Allahın  kitabı, Peyğəmbər  sünnəsi,
               İslam  şəriətidir. Müsəlmanlar  öz  həyatlarını  İslam  prinsipləri

               üzərində qurmalıdır ki, bütün sahələrdə uğur qazansınlar. Əgər
               müsəlmanlar  tarix  boyu  bir  olsaydılar,  İslam  və  Quran
               göstərişlərinə əməl etsəydilər, düşmənin hiylələri puça çıxardı,
               imperializmin oxları daşa dəyərdi.”


               Nəticə


               Müsəlmanlar arasında vəhdətin bərpası üçün əsas işlərdən biri
               təfriqə  yaradan  ədəbiyyatın  qarşısının  alınmasıdır.  Böyük
               Rəhbər  buyurur:  “Görüləsi  işlərdən  biri  təfriqə  yaradan
               kitabların  qarşısını  almaqdır.  Həm  şiə,  həm  də  sünnə  əhli

               arasında bu iş görülməlidir. Arada düşmənçilik yaratmaq üçün
               kitablar  yazılır,  pullar  xərclənir.  Əgər  bacarırıqsa  bunun
               qarşısını  almalıyıq.  Dünyanın  müxtəlif  nöqtələrində  mənə

               göndərilən  kitablardan  aydın  olur  ki,  ümmət  arasında  kin-
               küdurət yaratmaq üçün çalışanlar var.”
               İmam  Xomeyni  (r)  daim  ümmətin  vəhdətini  parçalayan

               amillərin  üzə  çıxarılması  və  bu  amillərlə  mübarizənin
               zəruriliyini  yada  salırdı.  İmam  (r)  müsəlmanlar  arasında
               ixtilafı  onların  əsas  probelmi  kimi  qeyd  edirdi.  İmam

               düşünürdü  ki,  bu  ixtilafların  daxili  və  xarici  kökləri  var.
               Söhbətlərindən birində belə buyurmuşdu: “İslamı əsl yolundan
               döndərməklə,  ümmət  arasında  təfriqə  yaratmaqla  ən  böyük
               iqtidar  amili  olan  din  qardaşlığını,  müsəlman  birliyini

               səhnədən tədricən çıxardılar.”
   250   251   252   253   254   255   256   257   258   259   260