Page 254 - Islamic Studies 03
P. 254

Regionda vəhdətin önəmi/ (253


               qurbanlar  veririksə  bunun  əsas  səbəbi  vəhdətin  olmamasıdır.
               Görün  Qəzzə  zolağında  nələr  baş  verir!  Bu  xalq  İslam
               ümmətinin bir parçasıdır. Əgər müsəlman dünyası məsuliyyət

               hissi ilə bu günahsız insanların müdafiəsinə qalxmasa ümmətin
               aqibəti daha acı olacaq.

               Vəhdət  həftəsi  müsəlman  dünyasının  bayramıdır,  həzrət

               Peyğəmbər,  imam  Cəfəri-Sadiq  məktəbinin  şad  günüdür.  Bu
               günlərdə  məzhəblər  arasında  qardaşlığa  yönəli  proqramların
               icrası  üçün  münasib  fürsət  yaranır.  Böyük  Rəhbər  Ayətullah

               Xamenei  buyurur:  “Bu  tövhid  prinsipi  və  Allahın  birliyinə
               etiqad  İslam  cəmiyyətinin  əksər  fərdi  və  ictimai  sahələrinə
               təsirlidir.  Vəhdət  sayəsində  İslam  cəmiyyətində  həmahənglik

               yaranır…”

               İslam dünyasının birliyi Əllamə İqbal Lahurinin əsas fəaliyyət
               istiqamətlərindən  olub.  Bu  böyük  mütəfəkkir  və  şairin

               nəzərincə, müsəlmanlar vahid ümmətdir və onları sərhədlərlə
               ayırmaq  olmaz.  Müştərək  dəyərlər  müsəlmanların  iftixarıdır.

               İqbal  Lahuri  inanırdı  ki,  İslam  dəyərlərini  parçalmaq  qeyri-
               mümkündür. Yəni müsəlman dünyası böyük bir ailədir, onların
               sevinci  də,  qəmi  də  müştərəkdir.  Lahuri  bu  dəyərləri  sübh
               şəbnəminə (şehinə) bənzədərək deyirdi ki, Hicaz, Çin, İrandan

               olan bizlər bir sübh şehini yaşayırıq.

               İslam  dünyasının  problemlərinin  həllində  ən  önəmli  iş  vahid

               İslam  cəbhəsinin  yaradılmasıdır.  Böyük  Rəhbər  bu  barədə
               buyurur: “Dünya müsəlmanları bir araya gəlməli, düşmənçilik
   249   250   251   252   253   254   255   256   257   258   259